DTX-nin populizm həvəskarlarına "dur!" deməyinin vaxtı çatdı

28-10-2020, 20:56 209 dəfə baxılıb

İkinci Qarabağ Savaşı, yaxud Vətən Müharibəsinin ötən əsrin 90-cı illərindəki Qarabağ döyüşlərindən mühüm bir fərqi var: Azərbaycan cəmiyyətində yüksək əhval-ruhiyyə və milli birlik hökm sürür. Vətəndaş həmrəyliyi və xalqın bir yumruq kimi düşmənə qarşı birləşməsi cəbhədə vuruşan hərbçilərimizə sarsılm az döyüş əzmi və ruh verir. Prezident İlham Əliyev xalqa etdiyi müraciətlərdə bildirir ki, indi biz bir xalq olaraq gücük və o, dövlət başçısı kimi xalqın möhkəm dəstəyini hiss edir. Məhz bu dəstəyə arxalanan prezident həm döyüş meydanında, həm də diplomatik mübarizədə Azərbaycanı sevməyən qüvvələrə layiqli cavab verir.

Bu müharibənin ən əlamətdar özəlliklərindən biri budur ki, ölkədəki siyasi partiyalar vahid mövqedən çıxış edərək erməni işğalçılarına qarşı dövlətin addımlarını dəstəkləyirlər. Bunu hətta imzalanmış xüsusi sənədlə də təsdiqləyiblər. Bu səbəbdəndir ki, Ermənistanın təbliğati sahədə Azərbaycan cəmiyyətinə nifaq salmaq cəhdləri uğursuzluğa düçar olur. Ancaq hərdən bəzi neqativ təzahürlər də meydana çıxır. Məsələn, həmin birgə bəyannaməyə imza atan siyasilərin hamısı verdikləri sözə əməl edirlərmi? Araşdırmamız göstərir ki, xeyr, ümumi razılığı pozanlar da var.

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin radikal və populist mövqeli bəyanatlarla çıxış etdiyi cəmiyyətimizə məlumdur. Son parlament seçkilərində təqribən 30 min seçicidən cəmi 700-800 səs toplaya bilən VİP sədrinin ritorikası son aylarda xüsusilə sərtləşib. İstisna deyil ki, o, deputat mandatı uğrundakı mübarizəni uduzmasını hələ də həzm edə bilmir. Onun populist siyasi bəyanatlar, müsahibələr verməsi də zaman-zaman aktuallığını itirir və özünün siyasi reputasiyasına xələl gətirir. Məsələn, Ə.Əliyev xeyli müddətdir hakimiyyəti “Qarabağı satmaqda”, “ermənilərdən çəkinməkdə” suçlayırdı, hətta təklif edirdi ki, onu müdafiə naziri qoysunlar, torpaqları 6 aya qaytaracaq. 3-4 ay bundan qabaq dövləti sərt tənqid atəşinə tuturdu ki, işğal altında olan ərazimizdə, Araz çayı üzərində İranla birgə layihənin icrasına razılıq verib. Ə.Əliyevin məntiqinə görə, bu, torpaqlarımızı işğal etmiş ermənilərə xidmət edəcək bir layihədir, başqa sözlə, xəyanətdir. İndi isə hər kəs gördü ki, Azərbaycan o razılığa imza atarkən bu gün ərazilərimizin Ermənistan ordusundan təmizlənəcəyini nəzərdə tuturmuş. Ciddi siyasətçi üçün bu, əsil siyasi iflasdır.

Ə.Əliyev zaman-zaman Azərbaycan cəmiyyətində “erməni ovu”na çıxmaqla da hörmət qazanmağa, populizm “xəzinə”sini doldurmağa çalışıb. VİP sədri müxtəlif məmurların, deputatların, hətta nazirlərin belə “ermənilərlə qohumluğu”nu ifşa

edirtək açıqlamalar verib. Maraqlıdır ki, xüsusi bir fakt və ya arqument gətirmədən. Gözlənilirdi ki, ölkəmizin müharibə şəraitində olduğunu dərk edib bu şakərindən müvəqqəti olaraq imtina edəcək. Ancaq təəssüf ki, o, yenə də öz ampluasındadır. Bugünlərdə bir “youtube” kanalına müsahibəsində Ə.Əliyev yenə mövzuya qayıdaraq “Milli Məclisdə erməni qarışığı olan deputatlar” və “hökumətə ermənilərlə qohumluğu olan məmurlar və nazirlər” barədə gurultulu bəyanat verib və müharibə bitəndən sonra bu mövzunu aktuallaşdıracağını vurğulayıb. Ə.Əliyev hətta bildirib ki, dövlətdəki təyinatlar zamanı “erməni ilə qohumluğa ciddi önəm verilir və bu, bir brend halını alıb”.

Fikrimizcə, müharibə dövründə bu, olduqca təhlükəli və zərərli tendensiyadır. Ermənilərlə müharibə etdiyimiz dövrdə xalqın içində, özü də onun seçilmiş nümayəndələrinin içində “erməni axtarışı”na çıxan, yaxud dövlət və siyasət adamlarımızı ləkələyən Ə.Əliyev kimə və nəyə xidmət edir? Xalq arasında şübhə və nifaq salmağa cəhd edən VİP sədrinin gerçək niyyət və məqsədi nədir? O, bu hərəkətlərini bilməyərəkdən, siyasi savadsızlığından və ya hikkəsindən özü edir, yaxud kiminsə sifarişini yerinə yetirir?

Belə bir şəraitdə dövlətin təhlükəsizlik orqanlarının təxirəsalınmadan prosesə müdaxilə etməsinə ehtiyac var. Çünki Ə.Əliyevin hərəkəti hazırki zamanda milli təhlükəsizliyə birbaşa təhdid, xalqın fiaravan mövcudluğuna təhlükədir. Bu, artıq məhkəmə çəkişməsi predmeti deyil, birbaşa DTX-nın fəaliyyət sferasıdır ki, Ə.Əliyevin nə məqsəd güddüyü ortaya çıxsın. Bəlkə elə onun özünün ermənilərlə qohumluğu var və bu yolla azərbaycanlılardan qisas alır?

www.AzadMedia.az


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR