“Ağbaş”ın ölümündən sonra yeni müharibə gözlənilir - YERİNƏ BACISI OĞLU RUSLAN İDDİA EDİR

10-08-2021, 22:22 191 dəfə baxılıb

Rusiyanın Yekatrinburq şəhərindəki 4-cü meyvə-tərəvəz topdansatış bazası uğrunda yeni kriminal müharibə başlaya bilər. virtualaz.org xəbər verir ki, bu haqda Sverdlovsk vilayətinin yerli KİV-ləri yazır. Bildirilir ki, indiyədək bazara nəzarət edən "Ağdaş” ləqəbli azərbaycanlı kriminal avtoritet Ağayar Ağayevin ötən ay xəstəlikdən vəfat etməsindən sonra etnik kriminal qruplaşmalar bazara nəzarət uğrunda mübarizəyə başlayıblar.

Ağayar Ağayev iyulun 17-də Yekatrinbuq xəstəxanalarından birində əməliyyat olunandan sonra vəfat edib. Bir həftə sonra meyiti doğulduğu Astara rayonuna gətirilib və orada dəfn olunub. Onun 13 ilə yaxındır qara ciyər serrozundan və böyrək xəstəliyindən əziyyət çəkdiyi bildirilir. Sverdlovsk vilayəti üzrə "smotryaşiy” olan Ağayev əvvəllər "Rövşən Lənkəranski”nin klanına daxil olub, amma "Rövşən Lənkəranski”nin öldürülməsindən sonra rəqib klana-"Lotu Quli”nin qruplaşmasına keçib. Və vaxtilə "Rövşən Lənkəranski”nin ən gəlirli obyektlərindən olan 4-cü meyvə-tərəvəz bazasından yığılan haqq da bu klanın kassasına gedib.

Yerli hüquq-mühafizə orqanlarından URA.ru portalına deyiblər ki, "Ağbaş”ın yeri hazırda vakantdır və 4-cü meyvə-tərəvəz bazasından yığılan qara pulların axını da nəzarətsiz qalıb.

"Ağayar Ağayev Orta Uraldakı azərbaycanlı diasporunun bir hissəsinin adından 4-cü meyvə-tərəvəz bazasına nəzarət edirdi, bazara mallar Türkiyədən və Orta Asiyadan daşınır. "Ağbaş” 2016-cı ilin yazında "Rövşən Lənkəranski” tərəfindən təyin edilmişdi”,-mənbə deyib.

Bildirilir ki, "Ağbaş”ın yerinə onun qohumu Ruslan Ağayev iddia edir. Amma Ruslanın cəmi 27 yaşının olması və hazırda həbsxanada cəza çəkməsi onun əleyhinə işləyən amillərdir. Bununla belə Ruslan əmisinin çoxsaylı əlaltılarının dəstəyinə ümid edə bilər. Onlar öz kriminal statuslarına görə "Ağbaş”ın yerinə iddia edə bilməzlər, amma həbsxanada olan Ruslanın adından etibarlı şəxs kimi çıxış etmək onlara çox sərfəlidir. Ruslan 2020-ci ilin payızında həbs olunub. Bildirilir ki, hələlik qruplaşmalar bazara nəzarət məsələsini dinc yolla razılaşdırmağa çalışırlar, amma mülkiyyətin yenidən bölüşdürülməsi uğrunda mübarizənin güc müstəvisinə keçəcəyi istisna deyil.

Həmin bazarda tez-tez bıçaqlanma və güllələmə hadisələri qeydə alınır. Sverdlovsk vilayəti üzrə baş polis idarəsinin mətbuat xidmətinin rəisi Valeri Qorelıx deyib ki, Yekatrinburqda və bütün vilayətdə ictimai asayişin və təhlükəsizliyin təmin edilməsi hüquq-mühafizə orqanlarının nəzarətindədir. Və mülkiyyətçilər mübahisəli əmlakı qeyri-kriminal yollarla, ancaq məhkəmə yolu ilə bölüşdürə bilərlər.

virtualaz.org


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR