Leyla Əliyevanın ağaclarına da əl qaldırdılar-NƏSİMİ RAYONUNDA

12-07-2018, 21:07 1246 dəfə baxılıb

Leyla Əliyevanın ağaclarına da əl qaldırdılar-NƏSİMİ RAYONUNDA




Bakının Nəsimi rayonunda ağacların kəsilməsi mətbuatda yazılanlara və Azərbaycan Daxili İşlər və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin müdaxiləsinə rəğmən davam etdirilir.

Daha öncə virtualaz.org Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 15 ünvanında yerləşən evin qarşısındakı ağaclığın məhv edilməsi barədə yazmışdı. Hələ 1970-ci illərdə əkilmiş ağaclar tədricən 2014-cü, 2016-cı və bu ilin may ayında kəsildi. 2014-cü ildə Ekologiya nazirliyi təhqiqat apararaq, onun nəticələrini hüquq-mühafizə orqanlarına təqdim etmişdi. Günahkarlar cərimələnmiş, kəsilmiş ağacların yerində yeniləri əkilmişdi.


Leyla Əliyevanın ağaclarına da əl qaldırdılar-NƏSİMİ RAYONUNDA

May ayında qeyri-qanuni ağac kəsimi faktı ETSN-ın müfəttişləri tərəfindən təsdiqlənsə də, günahkar tapılmamışdı.



“Təftişin nəticələri sənədləşdirilərək Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə təqdim edilib. Hüquq-mühafizə orqanları ağac kəsilməsinin günahkarlarını aşkar etməlidirlər”, – nazirlikdən bildirilmişdi.

Elə həmin qurumdan deyildiyinə əsasən, naməlum şəxslər əraziyə çınqıl töküblər. Bu da qanun pozuntusudur və həmin faktla da polis əməkdaşları məşğul olacaqlar. Ekologiya nazirliyi payızda, ağac əkini mövsümündə burada yaşıllaşdırma işləri aparmağı planlaşdırmışdı.


Leyla Əliyevanın ağaclarına da əl qaldırdılar-NƏSİMİ RAYONUNDA


Lakin budur, 15 saylı evin sakinləri aşkarlayıblar ki, “naməlum və ələkeçməzlər” yerdə qalan 4 illik ağacları da kəsiblər. Bu ağaclar kəsilmiş köhnə ağacların yerində İDEA (Ətraf mühitin mühafizəsi üzrə Beynəlxalq dialoq) ictimai təşkilatının müdaxiləsindən sonra Yaşıllaşdırma İdarəsinin əməkdaşları tərəfindən əkilmişdi. Məlum olduğu kimi, İDEA-nın rəhbəri Azərbaycan prezidentinin böyük qızı Leyla Əliyevadır. Görünür, anonim tikinti xadimılərini dövlət başçısının qızının nüfuzu da dayandırmayıb. Nəticədə, onlar bu ağaclara da əl qaldırıblar. Bu əlahiddə güc sahibi məmur-oliqarx kimdir belə?

Sakinlərin fikrincə, ağaclıq ərazi tədricən və məqsədyönlü şəkildə tikinti meydançasına çevrilməyə hazırlanır. Burada özülün qazılması üçün artıq hər şey hazırdır. Virtualaz.org


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR