Ağcabədidə “şəriət hökmü”: RİH və TŞ şagirdləri qul kimi işlədib küçə süpürdür...

22-10-2018, 15:01 368 dəfə baxılıb


Ağcabədidə “şəriət hökmü”: RİH və TŞ şagirdləri qul kimi işlədib küçə süpürdür...

Ağcabədi-Bərdə magistiral yolunun kənarında məktəblilər istismar olunurlar

Dərs zamanı şagirdlərin məktəbdən 30 km aralıda küçə süpürdülməsi kadrda öz əksini tapıb.

Ağcabədinin 4 və 5-ci siniflərininşagirdləritəmizliyə cəlb olunaraq işlədilib. Uşaqları məktəbdən aparıb təmizliyə cəlb edən şəxslərin idarə etdikləri avtomobillər 04 BO 058 və 35 BX 863 nömrə nişanlı olublar. Görünür ki, məktəblilərin işlədilməsi Ağcabədi Rayon İcra Hakimiyyəti ilə yerli təhsil şöbəsinin birgə “səy”ləri nəticəsində baş tutub.

Amma bu kadrlara görə nə Ağcabədinin icra başçısı Şahin Məmmədov, nə təhsil şöbəsi müdiri, nə təhsil naziri Ceyhun Bayramov narahatlıq keçirib. Onlara elə gəlir ki, məktəbli dərs zamanı sinif otağında yox, küçədə olmalıdır. Uşaqların təhlükəsizliyini nəzərə almayan, təhsili yox, küçəni örnək göstərən səlahiyyət sahibləri məktəblilərdən qul kimi istifadə edirlər.

Dərslər 15 gündür başlayıb və artıq şagirdləri magistral yollarda küçə süpürgəçisi ediblər. Bəs, sürətlə gələn maşınların onların həyatı üçün təhlükə saçması Ş.Məmmədovu narahat etmirmi? Məktəbdən yayındırılaraq qanunları pozan şəxslərin şagirdlərə küçə süpürtməkdə məqsədi nədir? Bəlkə inzibati cəzalar tətbiq olunur yaxud da şəriət hökmləri ilə “ə zəbət ə” deməyənləri şallaqlamaq əvəzinə küçə süpürdürlər?

Cahan.info feysbukdakı paylaşımlara istinadən xəbər verir ki, məktəbliləri işlədənlər cəzalandırılmalı, hansı məktəbin şagirdləri olduğu təsbit olunmalı, direktora töhmət verilməli, küçə süpürmək əmrinin kimdən gəldiyi aydınlaşdırılmalıdır.

Bundan qabaq da icra başçısı müəllimlərə küçə süpürtmüşdü. Prezidentin səfəri ərəfəsində bütün məktəb müəllimləri bir əlində lapatka, bir əlində süpürgə küçələri təmizləyirdilər. Onları bu işə məcbur edən isə Ağcabədi icra başçısı Şahin Məmmədov olmuşdu.

İcra başçısının göstərişi ilə idarə və təşkilatların işçiləri küçə işlərində istismar edilib. Sanki rayonda Mənzil İstismar İdarəsi və bələdiyyə işçiləri yoxdur. Ş.Məmmədov isə müəllimləri onlara aid olmayan işə - küçə süpürməyə cəlb etməklə həm onları təhqir etmiş olub, həm narazı salıb, həm də prezidentin müəllimlərə verdiyi qiyməti yerlə bir edib.

Təhsil, mədəniyyət işçilərini,şagirdləri küçələrə tökmək, işlətmək nə Prezident Administrasiyasının tapşırığıdır, nə yuxarıların arzusudur. Sadəcə, Ş.Məmmədovun göstərişi ilə idarə müdirləri işçilərini, şagirdləri yollara tökürlər.

Dosye.az yazmışdı ki, Ağcabədi RTŞ-nin müdiri Solmaz Rəhimova keçirdiyi ilk iclasların birində Cənab Prezident İlham Əliyevin regional təhsil şöbələrinin yaradılması sərəncamını koperativ sərancam adlandırmışdı. Adi bir şöbə müdirini açıqlaması sözün həqiqi mənasında nəinki Təhsil Nazirliyinə qarşı, hətda dövlət başsının bütün sərəncamlarına qarşı çıxdığı məlum olub. Təhsil müdiri isə yaxı olar ki, şagirdləri küçələrə tökənlərə nəzarət etsin...


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR