Qax rayon icra hakimiyyəti başçısı təcili Bakıya çağrıldı?

4-12-2018, 14:27 1079 dəfə baxılıb

Qax rayon icra hakimiyyəti başçısı təcili Bakıya çağrıldı?

Qaxın icra başçısı Musa Şəkiliyev az öncə təcili olaraq Bakıya çağırılıb Intertv.az xəbər verir ki,bir neçə gün bundan öncə bu barədə rayondakı mənbələrdən məlumat daxil olub. Həmin məlumatda deyilir ki, M.Şəkiliyev səhər saatlarında rayonda olub. Bakıdan gələn gözlənilməz zəngdən dərhal sonra yola çıxıb. Kifayət qədər əsəbi olan icra başçısının qəfil paytaxta çağırılmasının hələlik dəqiq səbəbi məlum deyil. Yalnız bilinən odur ki, son bir həftə ərzində Musa Şəkiliyevə Prezident Admnistrasiyasından xeyli zənglər olub və onların hamısı rayon camaatının etdiyi şikayətlərlə əlaqəlidir. Hətta o da deyilir ki, PA-dan edilən hər zəngdən sonra Şəkiliyevin əsəbləri tarıma çəkilirmiş. Mənbə bildirir ki, hal hazırda Qax İcra Hakimiyyətində də narahatlıq yaşanır. Belə ki, qurumun işçiləri Musa Şəkiliyevin Bakıya işdən çıxarılması üçün dəvət edildiyi düşüncəsindədirlər.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR