"Azərbaycan dili dövlətin əsas atributlarından biridir" - Əli Həsənov

5-12-2018, 13:53 415 dəfə baxılıb

"Azərbaycan dili dövlətin əsas atributlarından biridir" - Əli Həsənov


"Hər bir dövlət öz dilinin saflığının qorunması, inkişafı və zənginləşməsinə xüsusi qayğı göstərməlidir, necə ki, Azərbaycan dövləti Prezident İlham Əliyev başda olmaqla bu gün o qayğını göstərir".

Azerinfo.tv xəbər verir ki, bunu Azərbaycan Prezidentinin İctimai siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Azərbaycanda teleradio yayımçılarının ədəbi dil normalarına riayət edilməsi sahəsində bu ilin avqust-sentyabr aylarında aparılan proqramların (verilişlərin) monitorinqlərinin nəticələrinə dair konfransda deyib.

Ə.Həsənov vurğulayıb ki, Azərbaycan dili əsas dövlət atributlarından biridir: "Yəni, dil haqqında danışanda ilk növbədə unutmaq lazım deyil ki, bu dil dövlətin əsas atributlarından biridir, qanunla qorunur, dövlətin hüquqi, siyasi statusunu daşıyır. Bundan başqa, ana dilimiz azərbaycançılıq idealogiyasının da mühüm elementir, onun siyasi və sosial-mədəni dayağıdır".

O qeyd edib ki, dünyada yaşayan azərbaycanlıları bir-birinə doğmalaşdıran və onlar arasında əsas ünsiyyət vasitəsi kimi çıxış edən Azərbaycan dilidir: "Dövlət dili respublikada bərqərar olmuş milli həmrəyliklə cəmiyyətimiz üçün xarakterik olan multikulturalizm vəhdətini təmin etməyə, yəni azərbaycançılıq məfkurəsinin əsas məqsədlərindən birinə çatmağa imkan yaradır. Məhz bu amillər bizdən dövlət dilinin istifadəsinə və inkişafına daim həssaslıqla yanaşmağı tələb edir”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR