Keçmiş bankirin «Azərbaycan Avtomobil Yolları Agentliyi"ndəki rəis olan qohumu necə milyonçuya çevrildi?

5-03-2019, 20:08 1394 dəfə baxılıb

Uzun müddət «Azəravtoyol» ASC-nin nəzdində fəaliyyət göstərən Şəki rayonu 15 saylı Yol İstismar İdarəsinin rəisi vəzifəsində çalışmış, hazırda AAYDA-da Regional Yol İstismarı İdarələrindən birinə başçılıq edən Şahin İbadovla bağlı redaksiyamıza olduqca ilginc bilgilər daxil olub.
Şahin İbadovun hazırda həbsdə olan, ağır cinayətlərdə ittiham olunan Azərbaycan Beynəlxalq Bankının sabiq rəhbəri Cahangir Hacıyevin yaxın qohumu olduğunu vurğulayan məlumatlı şəxsin Azerinfo.tv-yə paylaşdığı informasiyada deyilir ki, Şahin İbadov Şəkidə çalışdığı müddət ərzində adıçəkilən rayonda o yer qalmayıb ki, oranı zəbt etməsin.

Bu kiçik yol məmurunun əldə etdiyio varidata nəzər salaq. Siyahı uzundur:



Keçmiş bankirin «Azərbaycan Avtomobil Yolları Agentliyi"ndəki rəis olan qohumu necə milyonçuya çevrildi?


1. 2004-2010-cu illərdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmış Nazim İbrahimov və sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin vasitəsilə «Promkombinat» adı ilə tanınan «Şəki Tikinti Sənayesi Malları» ASC-ni də özəllişdirib. Bildirilir ki, o, bir müddət sonra həmin müəssisəni dəyərindən bir neçə dəfə baha qiymətə dövlətə satıb. Buradan belə çıxır ki, Şahin İbadov dövlət müəssisəsini bir sıra yollara baş vurmaqla ucuz qiymətə özəlləşdirsə də, bir müddət sonra həmin müəssisəni əsl sahibinə, yəni dövlətə baha qiymətə satıb.

2.Orta məktəbin 8-ci sinfini bitirən Şahin İbadovun bir zamanlar boz rəngli «Moskviç 408» markalı avtomobil sürdüyünü deyən mənbə bildirir ki, Azərbaycan Beynəlxalq Bankının sabiq rəhbəri Cahangir Hacıyevin dəstəyilə hazırda o, 10 AA 709 dövlət nömrə nişanlı, qara rəngli «Lexus»da gəzir: «Deyilənlərə görə, bu gün Şahin İbadovun sahib olduğu sərvət o qədər böyükdür ki, o, istəsə günü sabah şəxsi təyyarə belə, əldə edə bilər.
3.Şəki şəhərinin mərkəzində qiyməti 100 minlərlə ölçülən 2 kafe.

4.Cahangir Hacıyevin yaxın qohumu olan Şahin İbadov Şəki şebel zavodunun, Şəki sünbül çörəyin ərazisini, Şəki diş poliklinikasının, o cümlədən Axundov parkındakı sulancığı da özəlləşdirib.

Bundan əlavə onun bu gün onun böyük imarətləri, ən son model xarici avtomobillərİ bir neçə yerdə mənzilləri, bağ evləri var. Əgər müvafiq qurumlar Şahin İbadovun fəaliyyətilə bağlı obyektiv araşdırma aparsalar, o zaman onun kimlərlə əlaqədə olması və adıçəkilən dövlət müəssisələrini necə özününküləşdirməsilə bağlı qaranlıq məqamlara aydınlıq gətirilə bilər. Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR