Məktəblərdə şıdırğı pul yığımı

5-10-2015, 13:24 1121 dəfə baxılıb

Məktəblərdə şıdırğı pul yığımı




















297 saylı orta məktəbdə Müəllimlər Günü şagirdlərə 20 manata, 146 saylı orta məktəbdə isə 30 manata başa gəlib

Bu gün müəllimlər günüdür və hər il olduğu kimi, şagirdlərin öz müəllim və müəllimələrinə hədiyyələr alması artıq adətə çevrilib. Hərçənd təhsil naziri Mikayıl Cabbarov dəfələrlə bəyan edib ki, müxtəlif bayramlar və adlar altında orta məktəblərdə pul yığan və ya yığdıran direktorlar vəzifələrindən azad ediləcəklər. Və bir neçə dəfə də belə addımlar atılıb. Amma atılan bu addımların faydasının olmadığı üzə çıxıb.

297 saylı məktəbdə 15 manat alınır

Redaksiyamıza daxil olan məlumata görə, Biləcəri qəsəbəsində yerləşən 297 saylı orta məktəbdə valideynlər narazılıq edirlər. Redaksiyamıza valideynlər adından müraciət edən Xalidə Nuriyevanın bildirdiyinə görə, məktəbin tarix müəlliməsi olan İlhamə Bağırova müəllimlər günü ilə əlaqədar hər bir şagirdən 15 manatdan pul yığır. «Ona deyəndə ki, nazirlik belə pul yığımını qadağan edib, cavabında bizi hədələyir. İddia edir ki, guya, oğlu da, qızı da MTN-də işləyir. Onun övladlarının harada işləməsinin heç bir əhəmiyyəti yoxdur. Mühüm olan bizdən pul tələb olunmasıdır. O da qəribədir ki, 297 saylı orta məktəbdə İlhamə Bağırovadan başqa heç bir müəllim pul yığmır».

146 saylıda nazirin təlimatını sayan yoxdur

Suraxanı rayonunda yerləşən Suraxanı rayonunda yerləşən Cavanşir Rəhimov adına 146 saylı orta məktəbdə də analoji vəziyyət yaşanır. JAM.AZ-a verilən məlumatda deyilir ki, bütün bayramlarda pul yığma məsələsi adətə çevrilib və ən minimum məbləğ də 20 manatdır.

İddia edilir ki, belə bir vəziyyəti yaradan elə məktəbin direktoru Süleyman müəllimdir. Belə ki, onun mütəmadi olaraq müəllimlərdən pul tələb etdiyi vurğulanır və bildirilir ki, direktor yığılan pulların bir qisminin Təhsil Nazirliyinə çatdığını söyləyir.

Redaksiyamıza müraciət edən valideynlər isə bildirirlər ki, Süleyman müəllimin pulyığma kampaniyalarından beziblər. Onların bildirdiyinə görə, Müəllimlər Günü ilə əlaqədar 146 saylı orta məktəbdə hər şagirdən 30 manat pul tələb edilir.

217-də qiymətlər 50 manata qalxıb

Binəqədi rayon Sulutəpə Qəsəbəsində şəhid Elşən Soltanov adına 217 saylı orta məktəbdə isə qiymətlər bir qədər də qaldırılıb. Redaksiyamıza verilən məlumata görə, Müəllimlər Günü ilə əlaqədar şagirdlərdən 50 manatdan pul yığılıb.

Qeyd edək ki, ötən il də Müəllimlər Günü ilə əlaqədar sözügedən məktəbdə qalmaqal yaşanmışdı. Həmin vaxt valideynlər direktorun belə hərəkətlərinə etirazlarını bildirmişdilər. Amma şikayətlərinin bir nəticəsi olmamışdı. Çünki sözügedən məktəbin direktoru Samux rayon İcra hakimiyyətinin başçısı Alı Qocayevin həyat yoldaşıdır.

170 saylı orta məktəbdə imkana baxırlar

Bakıda yerəşən 170 saylı orta məktəbdə də vəziyyət digərlərindən fərqli deyil. Redaksiyamıza verilən məlumatlarda vurğulanır ki, bu orta mətəbdə Müəllimlər Günü şagirdlərə ucuz başa gəlmir. Direktor Nuranə Mirzəyevanın təlimatı əsasında hər şagird bu bayram üçün minimum 50 manat ödəməlidir. Valideynləri nisbətən imkanlı olanlardan isə 100 manat istənilir.

Yazıda adları çəkilən şəxslərin mövqeyini öyrənməyə hazırıq.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR