Bakıda prokurorluq binasında ölən prokurorluq işçisi deyilmiş - YENİLƏNİB

1-07-2015, 15:17 1063 dəfə baxılıb

Bakıda prokurorluq binasında ölən prokurorluq işçisi deyilmiş - YENİLƏNİB

















“Meyit təhvil verilib”

Baş Prokurorluq Səbail Rayon Prokurorluğunda baş verən ölüm hadisəsinə aydınlıq gətirib.

Qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya açıqlamasında bildirib ki, bəzi KİV-də Səbail Rayon Prokurorluğunun inzibati binasında guya prokurorluğun əməkdaşının yıxılaraq vəfat etməsi ilə bağlı yayılan informasiyalar həqiqəti əks etdirmir:

“Vəfat edən şəxs prokurorluq əməkdaşı deyil”

E. Sultanovun sözlərinə görə, Səbayel Rayon Prokurorluğu və daha 10-a yaxın şirkətin yerləşdiyi binanın pilləkən qəfəsində mülki vətəndaşın yıxılaraq vəfat etməsi ilə bağlı dərhal hadisə yerinə məhkəmə-tibbi ekspertləri dəvət edilib. İlkin müayinə zamanı həmin şəxsin ürək tutmasından vəfat etdiyi müəyyənləşib. Bu barədə mərhumun yaxınları məlumatlandırılıb və meyit onlara təhvil verilib:

“Qohumlarının dediyinə görə, mərhum uzun müddətdir, ürək-damar çatışmazlığından əziyyət çəkirmiş”.

13:05

Bakıda prokurorluq binasında ölüm hadisəsi olub.

Milli.Az xəbər verir ki, Səbail Rayon Prokurorluğunun əməkdaşı, böyük müstəntiq Allahyar Əliyevin köməkçisi dünyasını dəyişib.

O, liftdən çıxaraq prokurorluğa daxil olmaq istəyərkən yıxılıb. Təcili yardım çağırılsa da, artıq gec olub.

Saytın əməkdaşı hadisə yerində çəkiliş apararkən prokurorluq işçiləri ona təzyiq göstəriblər.

Şəkillərin telefondan silinməsinə çalışıblar.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR