“I Qarabağ savaşında onların Azərbaycana qarşı vuruşduğu bizə məlumdur” – Qatil muzdlular...

2-07-2019, 23:33 378 dəfə baxılıb

“I Qarabağ savaşında onların Azərbaycana qarşı vuruşduğu bizə məlumdur” – Qatil muzdlular...
Yaxın günlərdə Ermənistan və Livan arasında imzalanan hərbi müqavilənin parlamentlər tərəfindən təsdiqi gözlənilir.

Bəs torpaqlarımızı işğal altında saxlayan Ermənistanın Livanla hərbi əməkdaşlığı Azərbaycan üçün hər hansı təhlükə vəd edirmi? Sabaha Qarabağda müharibə başlayacağı təqdirdə, bu müqavilə Livanın Ermənistana dəstəyini təmin edə bilərmi?

Moderator.az-a açıqlama verən hərbi ekspert Şair Ramaldanov bunun Azərbaycan üçün ciddi bir təhlükə kəsb etmədiyini vurğuladı:

“Hər hansı bir ölkə ilə əməkdaşlıq hər bir ölkənin öz daxili işidir. Ermənistan da, Azərbaycan da istədikləri ölkələrlə bu cür münasibətlər qura bilərlər.

I Qarabağ savaşında Livandan da muzdlular var idi. Bilirik ki, erməni faktoru Livanda özünəməxsus yer tutur. Bunun nəticəsi olaraq indi iki ölkə arasında belə bir saziş gündəmə gəlib.

Bunun ölkəmizə təsiri olmayacaq. Azərbaycanın da bu ölkələrlə, eləcə də Livanla diplomatik münasibətləri mövcuddur.

Qarabağ savaşına gəlincə, əgər Ermənistanın muzdlu əsgər gətirmək üçün pulu varsa, bunu Livan deyil, digər ölkələrdən də tapa bilər. Livanın mövcud durumu, iqtisadi-hərbi durumu onun müharibədə Ermənistana ciddi bir dəstək verməsini mümkünsüz edir. Qarabağ məsələsində maraqlı olan daha böyük və güclü dövlətlər mövcuddur. Lakin bununla belə, Azərbaycan öz düşməninin bütün addımlarını izləyir və diqqətdə saxlayır”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR