Putin Qarabağ probleminin həllinin əvəzində Azərbaycandan nəyi istəyə bilər? - Politoloqdan açıqlama

2-07-2015, 15:15 831 dəfə baxılıb

Putin Qarabağ probleminin həllinin əvəzində Azərbaycandan nəyi istəyə bilər? - Politoloqdan açıqlama


















Son zamanlar belə xəbərlər yayılır ki, Azərbaycan ildırım sürətli hücum planı ilə Dağlıq-Qarabağı azad edəcək. Təbii ki, bu xəbərə yalnız düşmən sevinməz. Lakin, müdrikcəsinə düşünən zaman bir çox məqamlara da fikir vermək lazımdır. İlk öncə, onu deyək ki, Azərbaycan hakimiyyəti Qarabağ məsələsində mövqeyini əvvəlki illərə nisbətən daha da sərtləşdirib və belə görünür ki, halqa get-gedə daralmaqdadır. Azərbaycan ordusu da kifayət qədər müasir silahlarla silahlandırılıb və yeni müdafiə nazirinin gəlişi ilə ordu daha da gücləndirilib və döyüş ruhu da yerindədir

Bu sözləri Avropa.info-ya açıqlamasında “Region” Beynəlxalq Analitik Mərkəzin rəhbəri, politoloq Razi Nurullayev deyib.

Onun sözlərinə görə, Azərbaycan vətəndaşı hər zaman əmin olub ki, o erməni ilə döyüşmür: “Döyüş, əslində Ermənsitanla yox, Rusiya ilə aparılıb. Azərbaycan 20% torpaqlarını müharibədə Ermənistana yox, Rusiyaya uduzub. Buna görə də Ermənistana qalib gəlmək üçün Rusiya faktorunu həll etmək lazımdır.
İndiki məqamda əlverişli şərait yarandığına görə bu kimi hücum planları ya doğru, ya da şaiyə olaraq yayılmaqdadır. Rusiya prezidenti Putinin Azərbaycana münasibəti müsbətə doğru dəyişib. Çünki, Azərbaycan birmənalı olaraq Qərblə Rusiya qarşıdurmasında Rusiyanın yanında dayanmağa üstünlük verdi. Putin bunu qiymətləndirir”.

R.Nurullayev əlavə edib ki, bu məsələlərin fonunda Qərbin Dağlıq-Qarabağ münaqişəsinin həllində tutduğu mövqe də ikilidir: “Yəni Qərb Moldova, Ukrayna və Gürcüstanda olan münaqişələrə tam fərqli münasibət bəsləyir. Onlara münasibətdə Rusiyanı təcavüzkar adlandırır və torpaqların işğaldan azad olunması üçün əlindən gələni etməyə öhdəlik götürür. Ermənistanı isə təcavüzkar adlandırmır və münaqişəyə də az qala Ermənistanın maraqları prizmasından yanaşır.
Belə bir vəziyyətdə, Azərbaycan Rusiya ilə yaxınlaşmaqda həm də Dağlıq-Qarabağ münaqişəsini öz xeyrinə həll etmək məqsədini güdür. Rusiya da başa düşür ki,Azərbaycana Qarabağı qaytar və ondan nə dilərsən dilə. Putin Dağlıq-Qarabağ münaqişəsini həll edərsə, əvəzində Azərbaycandan Avrasiya İttifaqına qoşulmağı istəyəcək və Azərbaycan da "yox" deməyəcək. Məsələlər bu qədər bəsit və həm də bu qədər mürəkkəbdir”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR