Ağcabədidə içməyə su tapılmır – İcra başçısından şikayət

16-10-2015, 14:09 930 dəfə baxılıb

Ağcabədidə içməyə su tapılmır – İcra başçısından şikayət













Ağcabədinin Afşar kəndinin sakinləri icra başçısı Şahin Məmmədovdan şikayətçidir

Qaynar.info хəbər verir ki, buna səbəb başçının kənd camaatını aldatması olub.
Belə ki, Afşar kəndində içməli su problemi var. Yolların vəziyyətindən isə danışmağa dəyməz. Qış aylarında bataqlığa çevirilən kənd yolları sakinlərin hərəkətinə imkan vermir, uşaqlar məktəbə gedə bilmir.
Şahin Məmmədov hər iki problemin tezliklə həll olunacağını bildirib. Amma 10 ildir rayona başçılıq edən icra başçısı hələ də Afşar kəndinin su və yol problemini həll edə bilməyib. Artıq o, şikayətə gedən sakinləri də qəbul etmir, qapıdan qovdurur.
Şahin Məmmədovun laqeyd münasibətindən bezən afşarlılar çıхış yolunu prezidentə şikayət etməkdə görürür.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR