Mübariz Mənsimovun üzərində kimlər oyun qura bilər..

24-07-2019, 10:28 342 dəfə baxılıb

Mübariz Mənsimovun üzərində kimlər oyun qura bilər..


2020-ci ildə Azərbaycanda parlament seçkiləri keçiriləcək. Seçki ili yaxınlaşdıqca ölkədə siyasi proseslərin necə cərəyan edəcəyi barədə müxtəlif proqnozlar, mülahizələr irəli sürülür. Daha çox diqqəti cəlb edən mülahizələrdən biri də Azərbaycanda 2013-cü ildəkinə bənzər yeni bir “Rüstəm İbrahimbəyov” ssenarisinin qurula biləcəyidir.

Bu barədə iddialarda deyilir ki, 2013-cü il prezident seçkiləri öncəsi olduğu kimi bu dəfə də xaricdən qurulan ssenari ilə müxalifət düşərgəsini yeni bir tanınmış şəxsin ətrafında birləşdirib həm hakimiyyətə təzyiq etməyə, həm də əslində müxalifətin də sonda uduzmasına hesablanan proses həyata keçirilə bilər. Hətta budəfəki “Rüstəm İbrahimbəyov ssenarisi”nin qəhrəmanı rolunda kimin ola biləcəyi haqda da adlar çəkilməklə mülahizələr yürüdülür. Məsələn, iddiaların birində işarə edilir ki, bu şəxs məşhur iş adamı, “Palmali” Şirkətlər Qrupunun sahibi Mübariz Mənsimov ola bilər.

Musavat.com-un iyulun 22-də efirə gedən canlı yayınında debatda aznews.az saytının baş redaktoru Taleh Şahsuvarlı da “Yeni Rüstəm İbrahimbəyov hazırlanır” iddiasını irəli sürüb. Ad çəkməsə də həmin şəxsin iş adamı Mübariz Mənsimov ola biləcəyinə dolayısı ilə işarə edib.

Bəs belə bir ssenarinin hazırlanması mümkündürmü? Mümkündürsə, bu ssenarinin M.Mənsimovun üzərində qurulması inandırıcıdırmı?

Politoloq Əhəd Məmmədli “Yeni Müsavat”a bildirdi ki, seçkilər dövründə xaricdən yenə hansısa ssenarilər, oyunlar qurula bilər. Lakin xeyriyyəçi iş adamı Mübariz Mənsimovun o cür ssenarilərdə yer alması inandırıcı deyil: “Mən o fikirdən uzağam ki, Mübariz Mənsimov o cür ssenarilərdə, oyunlarda iştirak etsin və ”Rüstəm İbrahimbəyov" olmağa razılıq versin. Mənsimovla İbrahimbəyov arasında fərqliliklər var. Əvvəla, unutmayaq ki, onlar ayrı-ayrı ölkələrin vətəndaşlarıdırlar. Türkiyənin və Rusiyanın Azərbaycana münasibətləri tam fərqlidir. Bunu ciddi nüans hesab edirəm. Ona görə bu cür iddiaları ən azı tələsmiş hesab edirəm.

Digər tərəfdən, parlament seçkilərində düşünmürəm bir nəfərin üzərində oyun qurulsun. Hansısa, oyunlar qurulacaqsa ümumi proses yaratmaq şəklində qurula bilər. Parlament seçkilərində prezident seçkilərinə uyğun planların tətbiq edilməsi real görünmür".


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR