Elşad Abdullayevin oğlunun erməni qadınla imzaladığı daha bir sənəd üzə çıxdı - FOTO

24-07-2019, 23:09 592 dəfə baxılıb

Elşad Abdullayevin oğlunun erməni qadınla imzaladığı daha bir sənəd üzə çıxdı - FOTO


Saytımızın elektron poçt ünvanına bir neçə il öncə fəaliyyəti dayandırılmış Beynəlxalq Universitetin keçmiş dələduz rektoru, el arasında "sütünyor" kimi tanınan və hazırda Avropada gizlənən Elşad Abdullayevin ermənilərlə iş birliyində olduğunu sübut edən rus dilində bir sənəd (borc müqaviləsi) daxil olub.

Elşad Abdullayevin oğlunun erməni qadınla imzaladığı daha bir sənəd üzə çıxdı

AzNews.az xəbər verir ki, həmin borc müqaviləsi keçmiş dələduz "rektorun" 1987-ci il təvəllüdlü oğlu Abdullayev Elşən Elşad oğlu ilə 1961-ci ildə Bakıda doğulmuş erməni əslli Şaxramanova Susanna Şaqenovna arasında 2014-cü il dekabrın 27-də imzalanıb.

Sənədə görə, Moskva vilayətinin Vidnoye şəhərində Elşən Abdullayev Susanna Şaxramanovaya 2015-ci il mayın 1-də qaytarmaq şərti ilə 4 milyon 500 min (4500000) rus rublu (hazırkı məzənnə ilə təxminən 72 min ABŞ dolları) borc verib.

Həmin sənədə hər iki tərəf qol çəkib, şəhərin notariusu Tatyana Kuzovkova Nikolayevna isə möhür vurub.

Bu sənəd namusunu ermənilərə çoxdan satan Elşad Abdullayevlər ailəsinin millətimizə etdiyi xəyanətlərdən yalnız biridir.
Elşad Abdullayevin oğlunun erməni qadınla imzaladığı daha bir sənəd üzə çıxdı - FOTO


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR