Yeni MTN şefi kim olacaq?

19-10-2015, 16:27 875 dəfə baxılıb

Yeni MTN şefi kim olacaq?




















Eldar Mahmudovun yerinə Elburus Orucovun gətiriləcəyi gözlənilir

Məlum olduğu kimi, iki gün öncə Milli Təhlükəsizlik naziri Eldar Mahmudov prezidentin sərəncamı ilə vəzifəsindən azad olunub. Nazirin indiki kritik məqamda işdən çıxarılmasının həqiqi səbəbləri məlum deyil.

Düzdür, bəzi mətbuat orqanları bununla bağlı fərqli versiyalar irəli sürürlər. Hətta deputat Zahid Oruc belə sabiq MTN şefini ağır şəkildə tənqid edərək, onu bir sıra cinayətə bənzər işlərdə ittiham edib.

Amma günün müazkirə olunan əsas məsələsi təkcə bu deyil. Həmçinin Eldar Mahmudovu kimin əvəzləyəcəyidir. Bununla bağlı mətbuat da daxil olmaqla, bir sıra versiyalar gündəmə gətirilib. İlk olaraq nazir kimi BŞBPİ-nin sabiq rəisi Məhərrəm Əliyevin adı çəkilsə də, bunun inandırıcı olmadığı düşünülürdü. Çünki DİN başçısı Ramil Usubovla yetərli qədər konfliktli vəziyyətdə olan Əliyevin MTN kimi bir quruma rəhbər təyin edilməsi bu münaqişənin daha da qızışaraq, təhlükəli şəkil almasına gətirib çıxarar.

Digər namizədlər arasında Sərhəd Qoşunlarının komandanı Elçin Quliyevin adı çəkilir. Sərhəd Qoşunlarında yetərli qədər uğur qazanmış generalın MTN şefi olmaq kimi niyyətinin varlığı inkar edilə bilməz. Amma onun hazırkı dönəmdə MTN-ə rəhbər gəlməsi indadırıcı görünmür.

Bu əsnada, Prezidentin hərbi məsələlər üzrə müşaviri Vahid Əliyevin də adı bu siyahıda var. Əliyevin bu sahəyə yaxınlığı həddindən artıq çoxdur. Onun bir zamanlar Naxçıvan MR-in MTN şefi olması peşəkar kadr olduğunu deməyə imkan verir. Və bu şəxsin nazir təyinatı ala biləcəyi ehtimalı hakimiyyətdəki mənbələr tərəfindən də inkar edilmir. Lakin bu məsələdə müşavirin şansını 50/50-yə qiymətləndirirlər. Səbəb isə onun hakimiyyətin əsas qollarından birinə elə də yaxın olmamasıdır.

Daha bir sürpriz namizəd adı var. Həmin məlumata əsasən. Bu ilin mayın 15-də gözlənilmədən Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsinin rəisi təyin olunan general-mayor Elbrus Orucovun MTN şefi olacağı ən iddialılar sırasındadır. E.Orucov Müdafiə Nazirliyindən əvvəl Azərbaycanın Özbəkistan və Gürcüstandakı hərbi attaşesi olub. Və ən əsası onun hakimiyyətdəki bütün qruplaşmalarla yaxın olmasıdır. Ən əsası isə elitayla çox yaxınlığı ilə seçilməsidir.

Mənbə iddia edir ki, bu həftənin ilk iş günü yeni sərəncam veriləcək. Həmin iddiaya əsasən Elburus Orucov MTN rəhbəri təyin olunacaq.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR