Hakimiyyətdən ciddi narazılığa səbəb olacaq addım – Orduda xidmət 5 il olacaq?

20-10-2015, 12:44 693 dəfə baxılıb

Hakimiyyətdən ciddi narazılığa səbəb olacaq addım – Orduda xidmət 5 il olacaq?

















Polislərin və hərbi qulluqçuların xidmət keçmə müddəti artırılır

Azərbaycan hakimiyyəti ölkədə ciddi qalmaqala səbəb olacaq addım atmağa hazırlaşır. Bu addım maliyyə böhranından çıxmaq planının tərkib hissəsidir. “Azadlıq”a daxil olan məlumatda bildirilir ki, hakimiyyət hüquq-mühafizə orqanlarında, Milli Orduda, Sərhəd və Daxili qoşunlarda xidmət keçmə müddətini artırmaq niyyətindədir. Məlumata görə, xidmət keçmə müddətinin 5-10 il civarında artırılması düşünülür.
Bildirilir ki, prosesə 2016-cı il yanvarın 1-dən start veriləcək. Ekspertlər düşünür ki, bu addım ciddi narazılığa səbəb olub. Çünki yüzlərlə polis, zabit var ki, xidmət keçmə müddətinin bitməsinə sayılı günlər qalıb və onlar böyük həvəslə təqaüdə çıxmağa hazırlaşırlar. Bu qərardan sonra isə onlar minimum 5 il də işləməlidirlər. Ekspertlər bildirir ki, bu addım yalnız hüquq-mühafizə orqanlarının rəhbərlərinə vəzifə çox qalmaq baxımından sərf edə bilər.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR