Kərəm Həsənovun adamları Lənkəranda nə hoqqadan çıxdı? – ŞOK - Fotolar

4-07-2015, 13:08 834 dəfə baxılıb

Kərəm Həsənovun adamları Lənkəranda nə hoqqadan çıxdı? – ŞOK - Fotolar















“Mən, Lənkəran rayon Şağlaser kənd sakini Ruslan Əsgərov, artıq 4 ildir ki, məmur özbaşınalığının qurbanına çevrilmişəm. Mənə məxsus obyekt qeyri-qanuni olaraq başqa birinə satılıb”

Bunları Ruslan Əsgərov“ cumhuriyyet.az-a göndərdiyi şikayət məktubunda yazır. Məktubda daha sonra qeyd olunur ki, işlətdiyi çayxana binası 1958-ci ildə inşaolunub və “Azərittifaq”ın balansında olub. 2012-ci ilə qədər “Azərittifaq”ın nəzdindəki Lənkəran Təmir Tikinti MMC-nin tabeçiliyində fəaliyyət göstərib. Həmin çayxanada Ruslanın babası və atası da uzun muddət çayçı işləyiblər. 2012-ci ildə Ruslan işlətdiyi çayxana binasını almaqdan ötru “Azərittifaq”ın İdarə Heyətinin sədri cənab Eldar Quliyevə ərizə ilə müraciət edib. Ruslanın həm də rəsmi payçı olduğunu nəzərə alan “Azərittifaq”ın İdarə Heyətinin komissiyası çayxananın ona satılmasını məqsədəuyğun hesab edib.rr
“Azərittifaq”ın İdarə Heyətinın 26 sentyabr 2012-ci il 100 № li qararına əsasən, çayxananın binasının payçı Ruslan Əsgərova satılmasına razılıq verilir. Ruslan Əsgərov da 2012-ci ildə “Azərittifaq”dan aldığı müvafiq sənədləri Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Lənkəran Ərazi İdarəsinə təqdim edir. 2013-cü ildə Reyestr Xidmətinin Lənkəran Ərazi İdarəsindən mütəxəssis gəlib binaya baxış keçirir. Binanin eskizini çəkir və bir aydan sonra sənədləri vərəcəklərini deyib gedir. Ruslan Əsgərov 2-3 ay gözləyir, ancaq Reyestr Xidmətinin Lənkəran Ərazi İdarəsindən səs çıxmır. Bunun səbəbi ilə maraqlandıqda, onu get-gələ salırlar. Sonradan Ruslan başa düşür ki, obyekti başqasına satmaq üçün onu aldadıblar.tt
Məktub müəllifinin yazdığına görə, bir müddət sonra Reyestr Xidmətinin Lənkəran Ərazi İdarəsindən Ruslan Əsgərova bildirilir ki, almaq istədiyi çayxana binası artıq başqasına satılıb:“Deyirlər ki, sizin kənddə yaşayan başqa biri o binanı alıb. İşi bağlamaqdan ötrü o, sənə Notarius vasitəsilə sənəd versin, məsələ yekunlaşsın”. Ancaq Ruslan Əsgərov cumhuriyyet.az-a ünvanladığı şikayət məktubunda bildirir ki, o, binanı heç kimdən almayıb. Əvvəllər özü işlədib və indi də qanuni olaraq “Azərittifaq”ın İdarə Heyətinin qərarı ilə özəlləşdirmək istəyir. Reyestr Xidmətinin Lənkəran Ərazi İdarəsindən isə Ruslan Əsgərova bildiriblər ki, “Azərittifaq” sənə boş kağız parçası satıb.yy
Ruslan Əsgərov bundan sonra öz hüququnu bərpa etməyə çalışır: “Mənim huquqlarımın müdafiəçisi əmim Əsgərov Qəhrəmandır. O, artıq 4 ildir ki, bu işlə bağlı bütün aidiyyəti orqanlara məlumat verib. Ancaq nəticə yoxdur. 2012-ci ildə mənim aldığım binanı Elbrus Ağayev adlı şəxs saxta yollarla əldə edib. Mənə məxsus tikilini özününküləşdirmişdir. İşlətdiyim çayxana artıq blokada vəziyyətindədir. Neçə illər ərzində boya-başa gətirdiyimiz ağacları kəsib yoxa çıxardılar”.
Məktubda daha sonra qeyd edilir ki, Elbrus Ağayevin binanı necə ələ keçirməsi də müəyyən olunub: “Elbrus Ağayevin həmin binanı necə saxta yollarla əldə etdiyinə dair mulkiyyət sənədlərini əldə etdim. Sənədlərdən məlum oldu ki, rəsmən “Azərittifaq”ın balansında olan tikiliyə “b” kateqoriya verərək, Lənkəran Şəhər Əmlak İdarəsi tərəfindən 2011-ci ildə Agayev Elbrusa satılmışdır.
Lənkəran Şəhər Əmlak İdarəsi hansı əsasla başqa bir qurumun balansında olan binanı icazəsiz tikili adı ilə satmışdır? Bu cinayətdir və müvafiq dövlət orqanlarından tədbir görülməsini xahiş edirəm”.uu
Ruslan Əsgərovun məktubunda yazdıqlarını onun redaksiyamıza göndərdiyi sənədlərin surətləri də təsdiqləyir. Şikayətçi Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovdan məsələni araşdırmağı və onun mülkiyyət hüququnu bərpa etməyi xahiş edir.
Yazıda adları çəkilən şəxslərin və qurumların da mövqeyini işıqlandırmağa hazırıq.

Kərəm Həsənovun adamları Lənkəranda nə hoqqadan çıxdı? – ŞOK - Fotolar

Kərəm Həsənovun adamları Lənkəranda nə hoqqadan çıxdı? – ŞOK - Fotolar

Kərəm Həsənovun adamları Lənkəranda nə hoqqadan çıxdı? – ŞOK - Fotolar

Kərəm Həsənovun adamları Lənkəranda nə hoqqadan çıxdı? – ŞOK - Fotolar


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR