Keçmiş müsavatçı Arif Hacılını HƏDƏF ALDI: - “Partiyanı uçuruma apardı”

19-08-2019, 13:45 312 dəfə baxılıb

Keçmiş müsavatçı Arif Hacılını HƏDƏF ALDI: - “Partiyanı uçuruma apardı”

“Müsavat Partiyasının sədri Arif Hacılınınn öz postunu layiqincə yerinə yetirə bilməməsi partiya daxilində parçalanmaya, dağınıqlığa səbəb oldu”.

Bunu Modern.az saytına açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı bildirib. Musavat partiyasının gənclər təşkilatının keçmiş sədri partiyanın hazırkı durumunu tənqid edib.

Ağ Partiya sədrinin fikrincə, 2014-cü ildə keçirilən qurultayda Arif Hacılı sədr seçildikdən sonra Müsavat Partiyası heç bir uğur əldə etməyib, əksinə qazandıqlarını da itirib.

“Ağ Partiya olaraq bizim fərqimiz ondan ibarətdir ki, biz eyni zamanda milli-mənəvi dəyərlər uğrunda da siyasi mübarizə aparırıq. Yəni biz kor-koranə qloballaşmaya qarşıyıq. Bu gün təəssüf ki, ölkədəki müxalif partiyaların əksəriyyəti qərbdən dəstək almaqla bizim cəmiyyətə uyğun olmayan ideoloji xətti dəstəkləyirlər. Bu da təbii ki, xalqla müxalif siyasi qüvvələr arasında uçurum yaradaır. Digər fərqimiz də ondan ibarətdir ki, bizdə üzvlərin əksəriyyəti gənclərdən ibarətdir. Demək olar ki, 1989-cu ildən müxalif və iqtidar rejimdə eyni siyasi simaları görürük. Böyük əksəriyyət müxalif partiya deyərkən cəmi bir ya iki ad çəkə bilir. İstəyirik ki, partiya strukturumuzu seçki məcəlləsinə uyğunlaşdırmaqla bölgələr də daxil olmaqla təşkilatlarımızı formalaşdırmaq və insanlara özümüzü təqdim etməyi bacaraq. Dekabrda bələdiyyə seçkiləri olacaq, Bakı üzrə də olmasa bölgələr üzrə üzvlərimiz təcrübə qazanmaq baxımından namizədliklərini verəcəklər. Lakin hazırki vaxtda biz parlament seçkilərinə hazırlanaraq ona hədəflənmişik”.

O, Musavatı tərk etdikdən sonra yaratdığı Ağ Partiyanın fərqli cəhətlərindən də danışıb.

“Müsavat Partiyasının sədri Arif Hacılının öz postunu layiqincə yerinə yetirə bilməməsi partiya daxilində parçalanmaya, dağınıqlığa səbəb oldu. Mən və mənim ətrafım 16 il idi ki, Müsavat partiyasının üzvü idik, öz alnımızın təri ilə ən kiçik pillədən yuxarıya doğru yüksələ bilmişdik. Lakin ordakı yalnış idarəçilik səbəb oldu ki, biz partiyanı tərk edək. Tək mən yox, ümumiyyətlə bir çox nüfuzlu şəxslər partiyanı tərk etdi ki, bu da öz növbəsində Müsavatı uçuruma apardı. Partiya daxilində kimlərinsə qurbanı olmaqdansa, yenidən öz qərarlarımı almaq yalnışların cavabını vermək daha yaxşıdır. Bu baxımından düşünürəm ki, Müsavat Partiyasından fərqli olaraq, indiki Tural Abbaslı və dostları daha uğurludur”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR