Prezident Administrasiyasının şöbə müdiri İŞDƏN ÇIXARILDI - Adı "Struktur" bölməsindən yığışdırılıb

5-09-2019, 13:20 331 dəfə baxılıb

Prezident Administrasiyasının şöbə müdiri İŞDƏN ÇIXARILDI - Adı "Struktur" bölməsindən yığışdırılıb

Prezident Administrasiyasının İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinin müdiri Rövşən Nəcəf işdən çıxarılıb.
Bu barədə "Index.az" qurumun saytına istinadən xəbər verir ki, Rövşən Nəcəfin adı "Struktur" bölməsindən yığışdırılıb.

Xatırladaq ki, Rövşən Nəcəf ölkə başçısının sərəncamına əsasən ötən ilin may ayında Prezident Administrasiyasının İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinə müdir təyin edilmişdi. Bu təyinatadək o "Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin icraçı direktoru olaraq işləyib.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR