“Torpağımda Eldar Mahmudova villa tikdilər…” – Sabiq nazirə sensasiyalı video-ittiham

24-10-2015, 14:21 618 dəfə baxılıb

“Torpağımda Eldar Mahmudova villa tikdilər…” – Sabiq nazirə sensasiyalı video-ittiham













Xəbər verdiyimiz kimi, “MTN işi” üzrə zərərçəkən sahibkarların siyahısı hazırlanır

Redaksiyamıza daxil olan məlumata görə, artıq həmin şəxslərdən bir neçəsinin ifadəsi alınıb. Baş Prokurorluqda dindirilənlərdən biri də Sarı Məmmədovdur. Onun Sabunçu rayonu, Bakıxanov qəsəbəsində 10 sot torpağı zəbt edilib.
S.Məmmədov musavat.com-a deyib ki, onun özəl torpağı MTN-nin Sabunçu Rayon Şöbəsinin rəisi Faiq Nuriyev tərəfindən zəbt olunub. Torpağını tələb edəndə isə ona deyiblər ki, zəbt olunmuş torpağında nazir Eldar Mahmudova villa tikilir, əbəs yerə başını ağrıtmasın.
S.Məmmədov torpağın boşadılmasını israr edəndə isə üzünə 2 şəxsi durduracaqlarını, maşınına silah, narkotik atacaqlarını və ya qadınla şantaj edəcəklərini deyiblər.
S.Məmmədovun videomüsahibəsini təqdim edirik. “Yeni Müsavat”da onun başına gələnlərlə bağlı geniş yazı ilə də tanış ola biləcəksiniz.
Qeyd edək ki, MTN-çilərin şantajı ilə üzləşənlərdən biri də iş adamı Maqsud Mahmudov olub. O, musavat.com-a videomüsahibəsində bildirib ki, artıq vəkili sənədləri hazırlayaraq istintaqa təqdim edib.
Onun özü də Baş Prokurorluqda dindirlib. M.Mahmudov da S.Məmmədovun üzləşdiyi hədələrlə qarşı-qarşıya qalıb. 2 ay əvvəl MTN-nin Antiterror Mərkəzinə dəvət olunan iş adamına “istəsək, səndən bin Laden, narkobaron da düzəldə bilərik” deyiblər.
Qarşısına Bakıda olan obyektinin, restoranının, maşınlarının, övladının təhsil aldığı məktəbin və ona aid olan digər məlumatları qoymaqla, konkret rəqəm səsləndiriblər: 250 min manat…
Sahibkar deyib ki, orada həmin məbləği ödəməsə, barəsində cinayət işi başlanılacağını bildiriblər. Məcburiyyət qarşısında qaldığından tələb olunan məbləği ödəmək üçün obyektini yarı qiymətə satıb: “Obyektimə görə beh kimi aldığım 120 min manatı verdim, məni azad etdilər. 130 min manatı isə sonrakı ay ərzində obyekti satdığım şəxsdən hissə-hissə alaraq verib canımı qurtardım”.

Sahibkar “həmin dövrdə niyə şikayət etmirdiz” sualına “nəslimi kəsərdilər” cavabını verib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR