Rafael Cəbrayılov haqqında yayılmış məlumatların heç bir əsası yoxdur

24-10-2015, 17:20 707 dəfə baxılıb

Rafael Cəbrayılov haqqında yayılmış məlumatların heç bir əsası yoxdur











Son vaxtlar bəzi Kütləvi İnformasiya Vasitələrində millət vəkili Rafael Cəbrayılovla bağlı xoşagəlməz, qərəzli və heç bir həqiqətə sığmayan məlumatlar dərc olunmaqdadır

Biz redaksiya olaraq, həmin məlumatları araşdırmaq məqsədi ilə 3-cü və 4-ü çağırış deputat olduğu Binəqədi rayon və hal-hazırda deputatlığa namizəd olduğu Şirvan şəhərində Rafael Cəbrayılov haqqında sorğular keçirtdik.

Araşdırmalar zamanı və bir qrup Şirvanlıların dediklərindən belə qənaətə gəldik ki, , Rafael Cəbrayılov haqqında yazılanlar ancaq şər, böhtan və seçkiqabağı namizədə qarşı aparılan qarayaxma kompaniyasıdır.

Şirvan sakinlərinin sözlərinə görə anonim verilən məlumatların mətbuatda reytinq qazanmaq xatirinə yazılması, jurnalistin redaksiyaya daxil olan məlumatı araşdırmadan ictimailəşdirməsi, 1-ci növbədə KİV haqqında qanuna zidd olmaqla yanaşı, jurnalist peşə fəaliyyətini də pozur. Əlbəttə belə olan halda jurnalist öz hörmət və dəyərini itirməklə yanaşı, ictimaiyyətin də mətbuata olan inamını azaldır.

Şirvanda böyüyən, Şirvanlıların sevimlisi və fəxri olan Rafael Cəbrayılovun layiqli və rəqibsiz namizəd olaraq 1 noyabrda qələbə qazanması cox realdır.

Redaksiya olaraq seçkilərdə Rafael Cəbrayılova uğurlar arzulayırıq.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR