Zakir Qaralovdan istefa verən deputatla bağlı AÇIQLAMA: “... prokurorluğa göndəriləcək”

1-10-2019, 15:10 367 dəfə baxılıb

Zakir Qaralovdan istefa verən deputatla bağlı AÇIQLAMA: “... prokurorluğa göndəriləcək”

“Mərkəzi Seçki Komissiyası deputat Rafael Cəbrayılovun fəaliyyətinə xitam verdikdən sonra onun kimlərəsə borclu olması məsələsi müzakirə olunacaq”.

Bu barədə jurnalistlərə açıqlamasında Baş Prokuror Zakir Qaralov bildirib.

R.Cəbrayılovun aldığı borcla bağlı vətəndaşların məhkəmələrə müraciət etdiklərini deyən Baş Prokurorun sözlərinə görə, iddia ərizəsinə mülki qaydada baxılır.

“Məhkəmə baxışında əgər onun tərəfindən dələduzluq və ya cinayət faktı müəyyən ediləcəksə, onun barəsində xüsusi qərardad çıxarılaraq prokurorluğa göndəriləcək. Bundan sonra biz həmin araşdırmaları aparacağıq", - deyə Z.Qaralov bildirib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR