“Bu, Azərbaycan ordusu üçün sonuncu fürsət ola bilər”

20-10-2019, 19:35 458 dəfə baxılıb

“Bu, Azərbaycan ordusu üçün sonuncu fürsət ola bilər”

Türkiyənin Suriyada həyata keçirdiyi və hələlik dayandırdığı “Sülh çeşməsi” anti-terror əməliyyatının təcrübəsinin Azərbaycan ordusu üçün də faydalı ola biləcəyi ilə bağlı çoxsaylı fikirlər səslənməkdədir.



Bəs “Sülh çeşməsi” əməliyyatının ardınca Azərbaycanın Qarabağda erməni faşizminə qarşı anti-terror əməliyyatına start verməsi mümkündürmü?



Moderator.az-a açıqlama verən hərbi ekspert Şair Ramaldanov, Qarabağda hər an müharibənin başlaya biləcəyini vurğulayıb. Ekspert qeyd edib ki, bu baxımdan “Sülh çeşməsi” anti-terror əməliyyatı Azərbaycan ordusunun təcrübəsini zənginləşdirməsi baxımından sonuncu fürsət ola bilər:



“Hazırda vəziyyət çox gərgindir. Qarabağ probleminin sülh yolu ilə həlli ilə bağlı aparılan danışıqlar bir nəticə vermir. Belə olan halda problemin hərbi yolla həlli məsələsi daha çox aktuallıq qazanır. Bu səbəbdən də Türkiyənin Suriyada həyata keçirdiyi “Sülh çeşməsi” anti-terror əməliyyatı Azərbaycan üçün təcrübə qazanmaq baxımından sonuncu imkan ola bilər. Bu, Azərbaycan hərbçilərinin öz təcrübələrini zənginləşdirməsi üçün son fürsət ola bilər. Çünki Qarabağ uğrunda müharibə istənilən an başlaya bilər və belə olarsa, ordumuzun qazandığı hər bir təcrübəyə bu müharibədə böyük ehtiyac olacaq”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR