“Dində mitinq yoxdur” - Məşhur futbolçumuzun paylaşımı qalmaqal yaratdı

22-10-2019, 10:47 344 dəfə baxılıb

“Dində mitinq yoxdur” - Məşhur futbolçumuzun paylaşımı qalmaqal yaratdı


Azərbaycanlı məşhur futbolçu – milli komandamızın və “Qarabağ”ın sabiq üzvü Əfran İsmayılovun mitinqlə bağlı paylaşımı qalmaqala səbəb olub.

“Yeni Sabah” xəbər verir ki, “Keşlə”nin yarımmüdafiəçi şəxsi “İnstagram” hesabından foto yayaraq mitinqi pisləyib.

Belə ki, Əfran üzərində “mitinqlərə yox. İslam dinində mitinq yoxdur” yazılan şəkil paylaşıb. Bu paylaşım çox sayda insanda qıcıq yaradıb. Sosial şəbəkə istifadəçiləri buna görə, 31 yaşlı futbolçunu ələ salıb. Onlar “Get topunu oyna”, “Top da oynaya bilmirsən ki, deyək, get topunu oyna” kimi rəylər yazıblar.

Qeyd edək ki, 19 oktyabr Bakıda Milli Şuranın rəhbərliyi ilə icazəsiz etiraz aksiyası keçirilib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR