Müsəlmanları müdafiə edən vəkil Qarabağda erməni separatçılarına dəstək verdi…

23-10-2019, 22:10 271 dəfə baxılıb

Müsəlmanları müdafiə edən vəkil Qarabağda erməni separatçılarına dəstək verdi…


Guya Myanmadakı rohinca müsəlmanlarının hüquqlarını müdafiə edən vəkil 30 ilə yaxındır ki, Azərbaycan Respublikasının 1 milyona yaxın müsəlman vətəndaşının haqlarını tapdayan qondarma separatçı-terrorçu rejimin qonağı olub.

Moderator.az xəbər verir ki, separatçı erməni nəşrlərinin verdiyi məlumata görə, dünən- oktyabrın 22-də qondarma rejimin başçısı B.Saakyan Myanmadan olan vəkil Çjo La Aunu qəbul edib. Görüş zamanı “insan haqları və xalqların öz müqəddəratını təyinetmə hüququ” mövzusundakı məsələlərə toxunulub.

Xatırladaq ki, Humanitar hüquq sahəsində “Avrora” mükafatını 2018-ci ildə Myanmadan olan vəkil Çjo La Aun alıb. Həmin mükafata 115 ölkədən 750 nəfər iddialı olub. Seçim komissiyasının rəsmi qərarında deyilir ki, Çjo La Aun “Myanmada rohinca (xalqının) hüquqları, o cümlədən də təhsil haqqı uğrunda mübarizə işinə sadiqliyinə görə” mükafatlandırılıb. Əldə etdiyi 1,1 milyon dolların 100 min dollarını hüquq müdafiəçisi öz layihələrinə sərf edib. Qalan məbləği isə müsabiqə şərtlərinə əsasən digər təşkilatlara verib.

Erməni əsilli biznesmen və mesenatlar Vartan Qriqoryan, Nubar Afetyan və Ruben Vardanyanın Moskvada təsis etdiyi “Avrora” hüquq müdafiə mükafatı artıq üçüncü ildir ki, keçirilir. Müküfatlandırma Ermənistanda baş tutur. Ötən il mükafatın laureatı Afrikada minlərlə həyat xilas etmiş həkim Tom Katene olub. Onu da qeyd edək ki, bu günlərdə Ermənistan poçtu myanmalı vəkil Ç.L. Aunun əksi olan marka buraxıb.


P.S. XİN-in “qara siyahı” tutanlarına xoş xəbər: “Daha bir qara “qara siyahı”ya namizəd oldu...

P.P.S. Bəhs edilən formada bir mükafatı Azərbaycan, yaxud Türkiyədəki milyarder və milyonçulardan biri və ya neçəsi təşkil edib dünyadakı məşhur hüquq müdafiəçilərini ələ ala bilməzdimi?.. O cümlədən ele bu qaradərili vəkilə 1 milyon verib onun İrəvana və Xankəndinə yox, Bakıya və ya Ankaraya gəlişini təşkil edə bilməzdimi?..


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR