Fuad Ələsgərovun səlahiyyətləri azaldıldı

30-11-2019, 11:06 288 dəfə baxılıb

Fuad Ələsgərovun səlahiyyətləri azaldıldı


Məlum olduğu kimi, Prezident İlham Əliyev dünən Administrasiyasının strukturunun dəyişdirilməsilə bağlı sərəncam imzaladı. Həmin sərəncamla bir neçə şöbə ləğv edildi və ya başqa şöbələrə birləşdirildi, bəzi şöbə müdirləri isə işdən azad olundu. Struktur dəyişiklikləri zamanı səlahiyyətləri azaldılanlar da oldu.

BakuPost verir ki, bunlarda biri Fuad Ələsgərovdur. Yeni dəyişikliklərə görə onun rəhbərlik etdiyi Azərbaycan Respublikası Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə şöbə iki yerə parçalandı və Hərbi məsələlər şöbəsi və Hüquq mühafizə orqanları ilə iş şöbəsi yaradıldı.

Fuad Ələsgərov bunda sonra yalnız Hüquq mühafizə orqanları ilə iş şöbəsinə rəhbərlik edəcək.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri vəzifəsinə isə Məhərrəm Əliyev gətirildi.

Qeyd edək ki, Fuad Ələsgərov Prezidentin 31 may 2017-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi - şöbə müdiri təyin edilmişdi.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR