"Bu yazılıb da burada, başqa nə yazılmalıdır ki?" - Keçmiş nazirlə səfir arasında qalmaqal

5-12-2019, 14:30 300 dəfə baxılıb

"Bu yazılıb da burada, başqa nə yazılmalıdır ki?" - Keçmiş nazirlə səfir arasında qalmaqal

Keçmiş Rabitə naziri Nadir Əhmədov Azərbaycanın Macarıstandakı səfiri, sabiq Xarici İşlər naziri, ədəbiyyatşünas alim Vilayət Quliyevin onu oğurluqda ittiham etməsinə münasibət bildirib.

N.Əhmədov “Report”a açıqlamasında bildirib ki, V.Quliyevin dedikləri əsassızdır.

Sabiq Rabitə naziri keçmiş həmkarı olan V.Quliyevi savadlı, yaradıcı adam kimi qiymətləndirib: “Səfirimiz Vilayət Quliyevə böyük hörmətim var. Yazdığım "İblis xislətli erməni" kitabımda onun "Türk ordusunun azərbaycanlı generalları" adlı məqaləsindən istifadə etmişəm. Mənim Vilayət müəllimə böyük hörmətim var, yaradıcı insandır. Onun qeyd etdiyi "Türk ordusunun azərbaycanlı generalları" məqaləsinin böyük qürurla oxudum. Həmin məqalə ilə təkcə Azərbaycanda yox, eyni zamanda Türkiyədə azərbaycanlı generallar barədə geniş ictimaiyyətə məlumat verilir. Onun mənim haqqımda dediklərini oxuduqda çox təəssüfləndim. Buna heç nə deyə bilmərəm. Fikrini başqa cür səsləndirsəydi, yaxşı olardı. Mən yazdığım kitabda onun müəllifi olduğu "Türk ordusunun azərbaycanlı generalları" məqaləsinə istinad etmişəm. Kitabı açdım, 87-ci səhifəsində "Türk ordusunun azərbaycanlı generalları" məqaləsinə istinad olunub. Səhifənin aşağısında isə qeyd olunub: “Azərbaycanın Polşadakı səfiri Vilayət Quliyevin verdiyi müsahibədən”. Bu yazılıb da burada, başqa nə yazılmalıdır ki?”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR