“Paşinyan, bəsdir, təlxəklik etdin! Ən vacib suala cavab ver!..”

6-12-2019, 23:56 370 dəfə baxılıb

“Paşinyan, bəsdir, təlxəklik etdin!   Ən vacib suala cavab ver!..”


Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin Bratislavdakı son görüşünün nəticələri işğalçı ölkədə də birmənalı qarşılanmayıb. N.Paşinyana müxalif qüvvələr hökumət başçısını danışıqların əsas məğzini ictimaiyyətdən gizlətməkdə günahlandırır...

Rusiyadakı erməni nəşrlərinin yaydığı məlumata görə, Ermənistan Strateji Araşdırmalar mərkəzinin rəhbəri, regional təhlükəsizlik məsələləri üzrə ekspert, politoloq Qrant-Melik Şahnazaryan məsələ ilə bağlı baş nazirə təhqir və istehza dolu bəyanat ünvanlayıb:

“Rəsmi Yerevan Bratislavadakı son Mnatsakanyan-Məmmədyarov görüşü barədə hansı məlumatların təqdim ediləcəyi barədə çox düşünür. Bu ehtiyatlılığın öz səbəbləri olmalıdır. Məndə belə bir təəssürat yaranır ki, bunlar gözləyirlər ki, haradasa nəsə partlayacaq və bu yeni vacib hadisənin arxasında görüşün nəticələri ilə bağlı informasiyanı diqqət çəkmədən ictimaiyyətə "soxuşdurmağa" çalışacaqlar.

Alınmayacaq...

Nikol Paşinyan, istəyirsən, sərxoş halda yatmış pozadakı foto-şəklini qoy, istəyirsən, kosmonavt skafandrında canlı yayımda ol, yenə də dövlət və milli maraqların gündəmindəki ən vacib sualdan qaça bilməzsən.

Bəsdir, təlxəkliklə məşğul oldun! Ən vacib suala cavab ver: Bratislavada əsas hansı mövzu ətrafında danışıqlar aparmısınız?..”

Erməni müxalif politoloq sonda qeyd edir ki, onun bəyanatı dərc olunduqdan sonra Ermənistan XİN, demək olar ki, “boş”, standart cümləli bir press-reliz yayıb...

P.S. Bizdə də çox suallar yaranır...

Sultan Laçın/moderator.az


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR