NATO və Rusiya ali hərbi komandanlarının Bakıda nə barədə anlaşdıqları üzə çıxdı - "O DA NARAHAT İDİ, MƏN DƏ..."

12-12-2019, 19:43 326 dəfə baxılıb

NATO və Rusiya ali hərbi komandanlarının Bakıda nə barədə anlaşdıqları üzə çıxdı - "O DA NARAHAT İDİ, MƏN DƏ..."


Son üç ay ərzində Rusiya Avropada və Aralıq dənizində Amerika hərbi gəmilərini, təyyarələrini “narahat etməyib”. Bu da Rusiyanın münaqişəyə çevrilə biləcək insidentlərdən qaçmaq cəhdlərini göstərir.

Virtualaz.org military.com-a istinadla xəbər verir ki, belə bəyanatla NATO qüvvələrinin ali baş komandanı, general Ted Uolters bildirib.

General deyib ki, Rusiya təyyarələri əvvəlki kimi ABŞ və müttəfiqlərinin hərbi gəmilərini, təyyarələrini müşaiyət edir. “Lakin son 90 gün ərzində bizim aramızda dənizdə və havada bir dəfə də olsun qeyri-peşəkarlıqla müşaiyət olunan insident baş verməyib”,-Uolters deyib.

Hərbi mövzuda yazan jurnalistlərlə səhər yeməyi zamanı general Rusiya tərəfinin təhlükəli əməliyyatlarının bu cür kəskin azalmasını “münaqişəyə qarşı dialoqla” izah edib. Uolters deyib ki, Rusiya Silahlı Qüvvələrinin Baş qərargah rəisi, ordu generalı Valeri Gerasimovla Bakıda apardığı ilk şəxsi danışıqlarda bu barədə anlaşma əldə olunub.

Generallar Uolters və Gerasimovun ilk görüşü 2019-cu ilin iyulunda Bakıda olub.Bundan əvvəl də NATO qüvvələrinin əvvəlki ali baş komandanı və Amerika ordusunun komandanları arasında Bakıda görüşlər olmuşdu. Sonuncu dəfə yüksək səviyyəli NATO-Rusiya hərbi dialoqu Bakıda ötən ay, noyabrda baş tutub. Rusiya Baş qərargahının rəisi Valeri Gerasimov Bakıda NATO Hərbi Komitəsinin rəhbəri Ser Stüart Piiçlə danışıqlar aparıb.

“Rusiya təyyarələrinin ABŞ hərbi gəmiləri üzərində olduqca aşağıdan uçması və ya Amerika təyyarələrinə təhlükəli həddə yaxınlaşması, riskli manevrlər etməsi mənim general Gerasimovla məsləhətləşmələrimin aparıcı mövzusu idi”,-eyni zamanda ABŞ-ın Avropadakı qüvvələrinin komandanı olan hərbi hava qüvvələri generalı Ted Uolters bildirib.

“O da bundan narahat idi, mən də. Danışıqların nəticəsi havada və ya dənizdə belə qeyri-peşəkar hərəkətlərin sayının sıfra endirilməsi oldu”,-general əlavə edib.

Qeyd edək ki, dəfələrlə Baltik regionu üzərində, Qara dənizdə və Aralıq dənizində Rusiya qırıcıları Amerika hərbi gəmilərinin üzərində alçaqdan manevrlər edib. Habelə Rusiya sərhədlərinə yaxınlaşan Amerika hərbi təyyarələrinin bir neçə metrliyindən uçaraq təhlükəli manevrlər həyata keçirib.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR