Ermənilər “Qarabağın müstəqilliyi”ni “növbəti dayanacaq” elan etdi...

15-12-2019, 19:02 329 dəfə baxılıb

Ermənilər “Qarabağın müstəqilliyi”ni “növbəti dayanacaq” elan etdi...

“Ölkə diplomatiyası Dağlıq Qarabağın “müstəqilliyini”n tanınmasını təbliğ etmək üçün dünyada"erməni amili”nin güclənməsindən yararlanmalıdır...” "

Moderator.az xəbər verir ki, bunu Ermənistan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun direktoru, akademik Ruben Safrastyan “Sputnik Ermənistan”-a müsahibəsində söyləyib.

"Hamımız başa düşürük ki, bu qətnamə ABŞ-Türkiyə münasibətlərinin kəskin pisləşməsi fonunda qəbul edilib. Ancaq inanmaq istəyirəm ki, bu həm də dünyada" erməni amilinin "güclənməsinin sübutudur" - deyir Safrastyan.

“İnanıram ki, bu, eyni zamanda ABŞ-dakı erməni təşkilatlarının əhəmiyyətinin artması, "məxməri inqilab" nəticəsində Ermənistanın imicinin dəyişməsi ilə əlaqələndirilir»- söyləyən üzdəniraq erməni akademikin fikrincə, bu müsbət atmosferdən Qarabağın “müstəqilliyini tanıtmaq» üçün istifadə etmək lazımdır.

P.S. “Sputnik Ermənistan” bəhs edilən yazının başlığını belə qoyub: “Dünyada erməni faktorunun güclənməsi: növbəti dayanacaq “Qarabağın müstəqilliyi” olacaq?..”

P.P.S. Ermənilər Senatın “qondarma erməni soyqırımı” haqda qətnaməsindən sonra “Qarabağın müstəqilliyi”ni “növbəti dayanacaq” elan etdilər. Bəs bizim “sərnişin”lərin başı hansı “növbəti dayanacaq”da qatılacaq: Moskvada, Soçidə, Praqada, Parisdə yoxsa Vaşinqtonda?..
P.P.P.S. Doğrudur, beynəlxalq transmilli güclər, eləcə də yəhudi lobbisi türk dünyasına maksimum təzyiqlər üçün qondarma “soyqırım”la bağlı Senata hüquqi qüvvəsi olmayan bir qətnamə qəbul etdirməklə erməni “çömçəsi”ni “qazan”ın lap dibinə salsalar da bu “çömçə”nin özbaşına “qazan”a hakim olmasına əsla imkan verməzlər. Yəni, “soyqırım”ın da, “Artsaxın müstəqilliyi”nin də “tanınması” hələ uzun illər ermənilərin enerjisini xərcləmək üçün xəyali “hədəf”lər olaraq qalacaq. Amma ən azı, bizdəki bu “qeyrət”, bu “təpər” müqabilində Azərbaycanın Qarabağı azad etməsinə də imkan verilməyəcək...

Sultan Laçın


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR