"Əli Kərimli, tulalarını yığşdır"

19-12-2019, 19:19 240 dəfə baxılıb

"Əli Kərimli, tulalarını yığşdır"


Praqada mühacirət həyatı yaşayan Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova AXCP sədri Əli Kərimliyə müraciət edib. Özünün facebook hesabında paylaşdığı müraciətdə M.Əzizova AXCP sədrinə "tulalarını yığışdır" deyə sərt tonda xitab edib.

Musavat.com M.Əzizovanın müraciətini olduğu kimi təqdim edir:

"Əli Kərimliyə müraciətim:

Salam Əli bəy, ümid edirəm ki, yaxşısınız. Şəkillərdən, statuslardan görürəm ki, bu belədir . Amma deyəsən partiyada işlər pis gedir, yoxsa sizin partiyanın aktivistləri mənim və anam Mirvari Qəhrəmanlı haqda şər, təhqir yaymaqla məşğul olmazdılar. İdealda onların indi mənə , anama yox, partiya işlərinə başları qarışmalı idi. Və istər-istəməz sual yaranır : Niyə siz öz aktivistlərinizə bir trening və ya maarifləndirmə işləri aparmırsınız, başa salmırsız ki, virtual məkanda özlərini bu cur aparmaq olmaz! Əgər bir insan real həyatda təhqir, şər, böhtanla məşğuldursa adətən qanun qarşısında cavab verir. Virtual həyatda bu vasitələr olmadığı üçün , sizdən xahiş edirem öz tulalarınızı (üzrlü sayın, onları ayrı cür adlandıra bilmirəm ) yığışdırın. Bir dəfəlik onlara başa salın ki, onların etdikləri həm sizin, həm də partiyanın adına ləkədir, başa salın ki, insan vicdansızlıq etməməlidir, insan yalan danışmamalıdır. QHT-dən əvvəl (1990-cı illərin axırı) mən cəbhənin aktiv fəallarından idim və o zaman cəbhəçilər belə deyildilər. Bir-birimizə hörmət var idi, insanlıq var idi, əsl siyasət var idi. Partiyada təsadüf insanlar yox idi. İndi isə nə oldu? Partiya niyə "kuxna" söhbətlərinin məkanına çevirildi, niyə aktivistlər bazar adamlarına döndü? Niyə cəbhə deyərkən bu gün ancaq bəzi aktivistlərin təhqirləri yada düşür ? Bir az bu haqda zəhmət olmasa düşünün. Bir də xahiş edirem o tulalara başa salın ki, FB-da partiya işləri ilə məşğul olsunlar, mənim və anam haqında təhqirlərə yol verməsinlər. Ümid edirəm ki, ədalət prinsipləri sizin üçün üstün olub bu məsələni bir dəfəlik həll edəcəksiniz. Üzr zad istəmirəm, gözlərinə girsin, amma ən azından təhqir edici rəylərini silsinlər.

Öncədən təşəkkür edirəm "
Musavat.com


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR