Gültəkin Hacıbəyli və Natiq Cəfərli arasında ittiham dolu status savaşı - QALMAQAL

20-12-2019, 00:51 406 dəfə baxılıb


Gültəkin Hacıbəyli və Natiq Cəfərli arasında ittiham dolu status savaşı - QALMAQAL

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, keçmiş deputat Gültəkin Hacıbəyli öz Facebook səhifəsində REAL-ın icraçı katibi Natiq Cəfərliyə status həsr edib. “Natiq Cəfərlinin nüfuzu” adlanan məqalə xarakterli yazıda partiya funksioneri haqqında çox ciddi ittihamlar səsləndirilib.

Musavat.com-un verdiyi məlumata görə, xanım siyasətçi iddia edib ki, N.Cəfərli deputat mandatı almaq üçün onu və Milli Şuranı hədəf seçib. O, hesab edir ki, REAL funksionerinin hədəfində üç şəxs var, Əli Kərimli, Gültəkin Hacıbəyli və son dövrlərdə də Əli İnsanov... Bunları təsadüfi saymayan G.Hacıbəyli hökumətin bu üç şəxsə qarşı qəzəbli olduğunu xüsusilə vurğulayıb.

O, N.Cəfərlinin nağıllar danışdığını bildirir. Bundan əlavə, MŞ funksioneri aylar öncə REAL rəhbərliyinin Avropa Birliyinə qrantların hesabına səfər etdiyini söyləyir, onların birliyə dəvət olunmadığını qeyd edib: “Qrant məsələlərində REAL mövqeyini dəqiqləşdirməlidir: onlar siyasi partiyadır, yoxsa QHT? Siyasi partiyadırsa, partiyanın rəhbərlərinin hamısı QHT rəhbəri ola bilməz, qrant ala bilməz, axı”.

G.Hacıbəyli N.Cəfərlinin 27 günlük həbs həyatına dözmədiyini də vurğulayıb. Heç zaman REAL-ın üzvü olmaq istəmədiyini deyən xanım siyasətçi REAL funksionerinin onun üzünə durduğunu yazıb.

Sonda N.Cəfərlinin ironiya ilə deputat olmaq istədiyini vurğulayan G.Hacıbəyli ən azından onun Araz Əlizadədən daha nüfuzlu olacağını bildirib

İttihamlarla bağlı N.Cəfərlinin mövqeyini almaq istədik. O, danışmaq istəmədi. Amma onun Facebook profilinə diqqət yetirəndə G.Hacıbəylinin paylaşdığı statusdan sonra belə bir status yazdığı məlum oldu: “Jurnalist dostlarımdan rica edirəm ki, iqtidardan dəfələrlə mandat alan, haqqımda status şəklində hökumətə "donos" yazan, hətta onu sponsorluğa qoyan mənasız adamlar haqqında sual verməsinlər, biz ciddi işlərlə məşğuluq, əqidəsini satanlara cavab verməyə zamanım və həvəsim yoxdur. Ona, "donos" yazdıranlara isə sözüm odur ki, həyatda hərdən bir cəsarətləri olsun, özləri söz desinlər, cavablarını da alsınlar, dəfələrlə istifadə edilmiş adamlarla mesaj göndərməsinlər! Hə, onu da deyim ki, yazdıqları "donosla" bağlı 7 noyabrda artıq Avropa Məhkəməsini də udmuşam, 15 min avro təzminat qazanmışam”.

Bu statusun G.Hacıbəyliyə ünvanladığına yəqin ki, kimsədə şübhə yeri qalmayıb...


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR