“Sərkisyan 3 milyard dolların qarşılığında 5 rayonu vermək istəyirdi”

20-12-2019, 21:00 328 dəfə baxılıb

“Sərkisyan 3 milyard dolların qarşılığında 5 rayonu vermək istəyirdi”

Ermənistan Milli Təhlükəsizlik Xidmətini (MTX) Konstitusiyanın, ictimai asayişin mühafizəsi və terrorla mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Tiqran Barseqyan maraqlı açıqlama ilə çıxış edib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Barseqyan “Joxovurd” qəzetinə müsahibəsində keçmiş prezident Serj Sərkisyanın “Azərbaycanın işğal altındakı əraziləri qaytarmaq planları” barədə danışıb.

Erməni generalın sözlərinə görə, “MTX-nin apardığı operativ fəaliyyət nəticəsində məlum olub ki, Serj Sərkisyan 5 rayonu – Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlını Azərbaycana qaytarmaq fikrində olub”.

Barseqyan onu da iddia edib ki, Sərksiyan buna ABŞ-ın rüsxəti ilə və 3 milyard dollarlıq Amerika sərmayəsi qarşılığında razılıq veribmiş.
“Bununla bağlı o, hətta ABŞ-ən eks-prezidenti Barak Obama ilə danışıq da aparıb”, - deyə general əlavə edib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR