MTN-də həbs olunan 3 nəfər kimin adamı imiş? — SİYAHI

7-11-2015, 12:54 759 dəfə baxılıb

MTN-də həbs olunan 3 nəfər kimin adamı imiş? — SİYAHI
















Xəbər verdiyimiz kimi, dünən Milli Təhlükəsizlik Nazirliyinin daha üç əməkdaşı həbs olunub

Virtualaz.org saytının məlumatına görə, həbs olunan MTN əməkdaşları barəsində Səbayel Rayon Məhkəməsi tərəfindən 3 aylıq həbs-qətimkan tədbiri seçilib. Sayt həbs olunanlardan birinin adını da açıqlamışdı. O, Mehman Abdullayevdir.

“Qafqazinfo” isə həbs olunan MTN-in digər iki əməkdaşının kimliyi ilə bağlı məlumat əldə edib. Həmin şəxslər Orxan Osmanov və Akif Əliyevdir. Onların hər ikisi Akif Çovdarovun rəhbərlik etdiyi MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsində işləyib. Akif Əliyev sözügedən idarədə rəis, Orxan Osmanov isə onun köməkçisi olub.

Qeyd edək ki, bir neçə gün əvvəl Akif Çovdarovun da həbs xəbəri yayılmışdı.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR