Azərbaycanın keçmiş xarici işlər naziri vəfat edib- 82 yaşında

29-01-2020, 15:00 318 dəfə baxılıb

Azərbaycanın keçmiş xarici işlər naziri vəfat edib- 82 yaşında

Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Qasımov vəfat edib.

“Report”un xəbərinə görə, o, 82 yaşında İsveçrədə dünyasını dəyişib.

Sabiq nazir uzun illərdir bu ölkədə yaşayırdı.

Qeyd edək ki, T.Qasımov 1938-ci ildə anadan olub. 1955-1960-cı illərdə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsində təhsil alıb. Universiteti bitirdikdən sonra Azərbaycan Еlmlər Akadеmiyasının Fizika İnstitutunda işləyib.

O, 1992-1993-cü illərdə Azərbaycanın xarici işlər naziri vəzifəsində çalışıb. T.Qasımov uzun illərdir ailəsi ilə birlikdə İsveçrənin Lütsern şəhərində yaşayırdı.

Allah rəhmət eləsin!


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR