MSK sədri seçki qutularından DANIŞDI: İşıqdüşməyən tərəfdən baxın!

9-02-2020, 18:43 272 dəfə baxılıb

MSK sədri seçki qutularından DANIŞDI: İşıqdüşməyən tərəfdən baxın!


Mərkəzi Seçki Komissiyası (MSK) bəzi seçki məntəqələrində qutuların şəffaf olmaması ilə bağlı yayılan görüntülərə münasibət bildirib.

MSK sədri Məzahir Pənahov bildirib ki, seçki qutusuna düz istiqamətdə baxmaq lazımdır:

"Bu, insanlarda niyə maraq doğurur ki? Qutuya düz istiqamətdən baxmaq lazımdır, görəcəksiniz ki, hamısı eyni cür görünür. Siz birinə qaranlıq tərəfdən, birinə işıqlı tərəfdən baxırsınız, ona görə də fərqli görünür. İşıqdüşməyən, düz tərəfdən baxsanız görəcəksiniz eyni cürdür".

M.Pənahov bu saata kimi MSK-ya rəsmi şikayət daxil olmadığını da bildirib:

"Seçki Məcəlləsinə görə, bu gün daxil olan şikayətlər dərhal baxılır. Amma o demək deyil ki, şikayət olmayacaq. Əlbəttə, olacaq. Burada qəbahətli məsələ yoxdur".


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR