Qənimət Zahidlə İlqar Məmmədov arasında qalmaqal: - "Sənin başın xarab olub?!"

14-02-2020, 17:07 254 dəfə baxılıb

Qənimət Zahidlə İlqar Məmmədov arasında qalmaqal: - "Sənin başın xarab olub?!"

Bu ilin yanvar ayında Strasburqa səfər edən REAL Partiyasının sədri İlqar Məmmədovla bağlı maraqlı detal üzə çıxıb.

Həmin vaxt Strasburqda olan azərbaycanlı şahidlərdən birinin dediyinə görə, səfər zamanı İ.Məmmədov Fransada yaşayan jurnalist Qənimət Zahidlə görüşüb.

Görüş Avropa Şurası Parlament Assambleyasının binasının qarşısında olub və təsadüfən baş tutub. Amma bu "görüş" hər hansı əməkdaşlıq məsələləri ilə bağlı deyil, İ.Məmmədovun Q.Zahidə iradları ilə müşayət olunub.

Q.Zahidi REAL Partiyasına qarşı qərəzli xəbərlər yaymaqda günahlandıran Məmmədov ondan bu fəaliyyətə son qoymağı istəyib. Görüşə şahid olan şəxslər deyir ki, partiya sədrinin bu tələb və ittihamı hamı üçün gözlənilməz olub.

Lakin İ.Məmmədovu axıra kimi dinləyən Q.Zahidin bu ittihamlara yalnız bir cümlə ilə cavab verdiyi deyilir:
"Bəy, sizin başınız xarab olub?!"

Q.Zahiddən belə "cavab" alan İ.Məmmədov bu sözlərdən bərk qəzəblənib və hadisəyə şahid olanların araya girməsindən sonra oradan uzaqlaşıb. /Oxu.az


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR