Qonşusunu bıçaqlayan şəxs: Arvadımın telefonunda onun nömrəsini gördüm – VİDEO

10-11-2015, 16:23 893 dəfə baxılıb

Qonşusunu bıçaqlayan şəxs: Arvadımın telefonunda onun nömrəsini gördüm – VİDEO















“O, mənim anamı vurdu, aşırtdı”

Şəmkir rayonunun Qapanlı kəndində bıçaqlanma hadisəsi baş verib.

azinfo.tv Region TV-yə istinadən xəbər verir ki, kənd sakini Mövlan Məmmədov qonşusu Elnur Xəlilovu bıçaqla ölümcül yaralayıb.

Səbəb isə Elnur Xəlilovun qonşusunun həyat yoldaşı ilə vaxtaşırı zəngləşməsi olub.

Şəmkir rayonunun Qapanlı kənd sakini, 22 yaşlı Elnur Xəlilov noyabr ayının 9-u axşam saatlarında üzərində bıçaq yaraları olan xəsarətlərlə Mərkəzi Rayon Xəstəxanasına gətirilib. Həkimlər dərhal əməliyyat otağına götürülən yaralının üzərində 4 bıçaq zərbəsi aşkarlayıb. Görülən təcili və təxirəsalınmaz tibbi yardımdan sonra Elnur Xəlilov həyati təhlükədən xilas olub. Hazırda vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Nurlan Qurbanov - həkim:

“Xəstə döş qəfəsinin arxa səthinin 3 ədəd kəsilmiş-deşilmiş yarası və üzünün sağ yarısının kəsilmiş yarası diaqnozu ilə daxil olub. Təftiş zamanı məlum oldu ki, zərbələrdən biri yara kanalından daxilə nüfuz edir. Odur ki, xəstə təcili olaraq əməliyyata götürüldü. Hazırda vəziyyəti keçdirdiyi əməliyyata uyğundur”.

Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xəlilovu bıçaqlamaqda şübhəli bilinən qonşusu 28 yaşlı Mövlan Məmmədov saxlanılıb. Şöbədə dindirilən Məmmədov cinayəti törətdiyini etiraf edib. O bildirib ki, Elnur Xəlilovu həyat yoldaşı ilə vaxtaşırı zəngləşdiyi üçün bıçaqlayıb.

Mövlan Məmmədov - saxlanılan şəxs:

“Arvadımın telefonunu yoxladım, onun nömrəsi çıxdı. Zəng elədim ona, mübahisəmiz yarandı. Onlar bizim evə hücuma gəldilər. Əvvəlcə atası və anası, sonra isə özü gəldi. O, mənim anamı vurdu, aşırtdı. Mən də cibimdən bıçağı çıxarıb, üzünə, sinəsinə vurdum”.

İki uşaq atası olan Məmmədov əməlindən peşman olmadığını bildirib.

Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində cinayət işi açılıb, istintaq aparılır.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR