Ramil Usubovdan yeni rəis təyinatı

13-11-2015, 12:58 890 dəfə baxılıb

Ramil Usubovdan yeni rəis təyinatı














Daxili işlər naziri Ramil Usubov İmişli rayon Polis Şöbəsinə yeni rəis təyin edib

AzNews.az-a daxil olan məlumata görə, R.Usubovun əmri ilə bu vəzifəyə Ayaz Cəfərov gətirilib.
Məlumat üçün bildirək ki, A.Cəfərov İmişli rayonunun Polis Şöbəsinə rəis təyin olunmamışdan əvvəl Yevlax rayon Polis Şöbəsinin rəisinin əməliyyat üzrə müavini vəzifəsində çalışıb.
Məlumatı dəqiqləşdirmək üçün Daxili İşlər Nazirliyi və sözügedən polis şöbələri ilə əlaqə saxlasaq da, heç bir rəsmi cavab ala bilmədik. Bildirildi ki, bu təyinatla bağlı hələlik rəsmi məlumat yoxdur.
Qeyd edək ki, dünən R.Usubovun kadr dəyişiklikləri etməsi ilə bağlı məlumat vermişdik. Bildirmişdik ki, Yevlax Rayon Polis Şöbəsinin rəisi Natiq Məşədiyev işdən çıxarılıb. Onun yerinə isə İmişli Rayon Polis Şöbəsinin rəisi polkovnik Vaqif Müslümov təyin edilib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR