İlham Əliyevin “qara siyahı”sı işə düşür – diplomatlar təftiş edilir

6-07-2015, 14:37 775 dəfə baxılıb

İlham Əliyevin “qara siyahı”sı işə düşür – diplomatlar təftiş edilir
















Avropa oyunları başa çatar-çatmaz hakimiyyət daxilində Azərbaycanın Avropa Şurasındakı sabiq səfiri və İslam Əməkdaşlıq Təşkilatının Avropa Birliyindəki səlahiyyətli nümayəndəsi və ilk səfiri Arif Məmmədov ətrafında baş verənlərlə bağlı lazımi addımlar atmağa qərar verib

Bununla bağlı diplomatik mənbələrdən İstiqlal.az-a bildirildiyinə görə, Prezident Administrasiyasından Azərbaycanın xaricdəki bütün səfirliklərinə məktub göndərilib. Məktubda bütün şübhəli diplomatların siyahısının administrasiyaya göndərilməsi tələb edilib. Eyni zamanda Prezident Administrasiyasının Hüquq-Mühafizə Orqanlarıyla İş Şöbəsinin rəhbəri Fuad Ələsgərovun tələbilə diplomatların dosyeləri XİN-dən PA-ya gəririlib. Birbaşa Fuad Ələsgərovun diktəsilə diplomatların işi araşdırılır, onların keçmişi və “zəif yerləri” müəyyənləşdirilir.
Bəzi səfirlər bu olaylarla bağlı nazir Elmar Məmmədyarovdan yardım istəsələr də, o, Fuad Ələsgərovun qarşısında aciz olduğunu bildirib. Hətta bəzi məlumatlara görə, Elmar Məmmədyarov yaxın zamanlarda özünün də tutduğu postdan kənarlaşdırıla biləcəyini dilə gətirir. Məlum olaylardan sonra nazirin adı prezident İlham Əliyevin qara siyahıya düşməsi ilə bağlı məlumatlar var. Diplomatların təftişinin də İ.Əliyevin göstərişi ilə aparıldığı bildirilir.
Ümumiyyətlə, demək olar ki, Azərbaycan diplomatiyasının qara günləri başlayır və çox güman ki, hakimiyyət bu fürsətdən istifadə edib peşəkar olmasına baxmayaraq, klana bağlı olmayan diplomatları XİN-dən “təmizləyəcək”.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR