Yeni siyasi düzənə keçid: “Müxalifət daxildən yenilənməlidir” - TƏHLİL

24-04-2020, 18:20 294 dəfə baxılıb

Yeni siyasi düzənə keçid: “Müxalifət daxildən yenilənməlidir” - TƏHLİL


Siyasi rəqibləri haqqında “bu il gedirlər”, “artıq tükəniblər” kimi sözlər son illər özüzü “ana müxalifət” adlandıran qüvvələrin ritorikasında ən çox yer alan ifadələr olub.

Maraqlıdır ki, bu müddət ərzində nə bu ritorika, nə də bir sıra müxalifət qüvvələrinin cəmiyyətdə yeri və vəziyyəti dəyişib. Bir neçə müddətdir ki, ölkənin siyasi səhnəsində yeni yanaşma ortaya çıxıb. İqtidardan dialoq təklifi, iqtidar nümayəndələrinin müxalifət təmsilçiləri ilə açıq görüşləri yeni bir siyasi prosesin başlanğıcını qoyub. Amma bəzi qüvvələr hələ də dialoq təklifindən imtina edir.

Baxmayaraq ki, bir müddət əvvəl məhz həmin radikal müxalif kəsim hakimiyyətin dialoq təklifini zəruri hesab edir və bunun üçün iqtidardan siyasi iradə tələb edirdi. Hazırkı mənzərə isə əslində deyilənlərin nə qədər “səmimi” olduğunun göstəricisidir.

“Ənənəvi fəaliyyət artıq effekt vermir”

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Mətbuat Xidmətinin rəhbəri Vüsal Qarayev Cebhe.info-ya açıqlamasında deyib ki, artıq bu gedişi, köhnə üsulu dəyişmək lazımdır:

“Əgər bir sistem işə yaramırsa, deməli dəyişməliyik. Bu gündəmdə olan əsas məsələ iqtidar-müxalifət dialoqudur. Biz deyirik ki, mübarizə küçələrdən danışıqlar masasına daşınsın. Hazırda parlamentdə müxalifətin də olması sevindirici haldır. Parlamentdə deyilən sözlə hansısa sosial şəbəkədə deyilən, yazılan söz arasında fərq çoxdur. Eyni zamanda, hökumətlə danışıqlar masasında deyilən sözün eşidilməsi daha realdır. Təbii ki, bütün bu proseslərdə əsas məqsəd ölkənin durumu, xalqın rifahıdır. Əgər xalqın rifahını düşünürüksə, nəticədə xalqın durumu düzələcəksə, istənilən mümkün varianta getməliyik. Ənənəvi fəaliyyətin nəticə verməməsi artıq göz qabağındadır. Artıq sivil mübarizə məqamıdır və buna keçmək əsas şərtdir”.

“Müxalifət daxilindən yenilənməlidir”

AĞ Partiyanın sədri Tural Abbaslı da bildirib ki, yeni metodlar sınaqdan keçirilməli, müxalifət daxilindən yenilənməlidir:

“Təəssüflə qeyd etməliyik ki, 1993-cü ildən bu yana müxalifətin mübarizəsinin real nəticəsi olmayıb. Yəni artıq 25 ildən artıqdır ki, eyni siyasi qüvvə hakimiyyətdədir. Doğrudur, bu, məsələni yalnız müxalifətin uğursuzluğunun nəticəsi kimi qiymətləndirmək olmaz. Bəzi qüvvələr normal və ədalətli siyasi rəqabət mühitinin yaranmasına imkan vermir. Müxalifət düşərgəsi də öz daxilində yenilənmək istəmir. Yeni metod və üsullardan istifadə etmək əvəzinə ənənəvi qaydada davam edirlər. Odur ki, artıq uğursuzluq sindromu yaşayırlar. Mən hər zaman demişəm ki, əgər ənənəvi mübarizə metodu ilə iqtidara qalib gəlmək mümkün olmursa, demək ki, yeni metodlar sınaqdan keçirilməli, müxalifət daxilində yenilənməlidir. Təəssüf ki, bu istiqamətdə də düşərgədə vəziyyət ürəkaçan deyil. Ümidvaram ki, artıq siyasi səhnəyə çıxan yeni qüvvələr müasir çağırışlar və reallıqlara nəzərə alacaq və konkret siyasi nəticə əldə edəcəklər”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR