Oqtay Əsədov iclaslara niyə gəlmir?

30-04-2020, 19:29 203 dəfə baxılıb

Oqtay Əsədov iclaslara niyə gəlmir?


“Oqtay Əsədov Milli Məclisin iclaslarına qatılır. Onunla bağlı İntizam Komissiyasına hər hansı şikayət daxil olmayıb”.

Bunu Modern.az-a Milli Məclisin İntizam Komissiyasının sədri Eldar İbrahimov son iclaslarda deputat Oqtay Əsədovun iştirak etməməsinə münasibət bildirərkən deyib. Komissiya sədri bildirib ki, bununla bağlı bəzi qaydalar mövcud olub:

“Bildiyiniz kimi, ölkədə karantin rejimi tətbiq edildiyindən yaşı 65-dən yuxarı şəxslərin evdən çölə çıxmasına icazə yox idi. Düzdü, bu qaydanın Milli Məclisin yaşlı deputatlarına tam olaraq aidiyyatı yoxdur. Hətta, Milli Məclis rəhbərliyi yaşlı deputatların iclaslara qatılmaması ilə bağlı heç bir qadağa qoymayıb. Sadəcə olaraq, hər birimiz bu günlərdə qaydalara riayət etməyə çalışdıq. Hesab edirəm ki, bu günlərdə Oqtay Əsədovun iclasa qatılmamasını normal qarşılamaq lazımdır. Mən özüm də qaydalara riayət edərək iclaslara qatılmırdım”.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR