Bu it balalarından birini vursaq... HHQ qüvvələrimiz erməniləri necə qorxutmuşdu

11-05-2020, 00:08 772 dəfə baxılıb

Bu it balalarından birini vursaq... HHQ qüvvələrimiz erməniləri necə qorxutmuşdu

Ötən ilki kimi bu il də Ermənistanın baş naziri Nikol Paşinyan Şuşanın alınması günü münasibətilə bayram şənliklərində iştirak etmək üçün Xankəndinə gəldi və hərbi paltar geyinmiş həyat yoldaşı Anna Akopyanla birlikdə tədbirlərə qatıldı.
Məğlub tərəf kimi isə Azərbaycan həmişə olduğu kimi bu dəfə də erməni liderinin səfərini çox sakit şəkildə izlədi. Əsasən hərbçilər və jurnalistlər bu kadrları ürək ağrısı ilə izlədilər. Sosial şəbəkədə bu mövzuda hərbi jurnalist Rəşad Süleymanovun yazdığı status daha çox diqqət çəkdi.
Statusda Xankəndində ermənilərin aeroport açılarkən bəzi məqamlara toxunulub. Sabahnews.az həmin statusu olduğu kimi dərs edir :


“Ermənistan rəhbərliyi erkəkli-dişili hərbi geyimdə, hərbi kamuflyaj edilmiş helikopterlərlə gəlib torpağımıza bizə göz dağı verir. Bir azərbaycanlı, bir qarabağlı kimi şəxsən vurub məni öldürsəydilər bundan yaxşı idi. Bundan sonra gəl ay Rəşad "Vurarıq! Dağıdarıq! Sökərik" açıqlaması ilə çıxış elə görüm necə edirsən. Kim inanacaq? Bizimki "zorlanan mollanın dar gün üçün gəzdirdiyi qılınc"a bənzədi. Mənim Səfər Əbiyev dövründə Müdafiə Nazirliyi ilə olan problemlərimi həmkarlarımın çoxları bilir. Amma "yüz dəfə imama ağlayanda, bir dəfə də Yezidi ağlamaq lazımdır" məsəli də var. Əldə etdiyim məlumata görə, 2010-cu ildə ermənilər Xocalı aeroportunu açılışını etmək istəyəndə Əbiyev Hava Hücumundan Müdafiə Qoşunlarımıza Sərkisyan təyyarəsi də daxil olmaqla, Qarabağa uçan bütün təyyarə və helikopterləri vurmaq göstərişi verib. 2010, 2011 (Sərkisyanın şəxsən gələcəyi açıqlaması vardı) və 2012-ci illərdə HHM qoşunları bununla bağlı hesablamalar aparıb, texnikalar atış nöqtələrinə çıxarılıb. Hətta Sərkisyanın birinci uçuş cəhdində Nasosnıdan qalxan təyyarəmiz (pilotun kimliyini də bilirik) və Qarabağ cəbhəsindəki HHM sistemimiz onu vurmaq üçün hazır olub. Ermənilər özləri də etiraf eləmişdilər ki, Azərbaycan ZRK-nin tuşlandığını aşkarlayan Ermənistan prezidentinin təyyarəsi dövlət sərhədində 30 km qalmış geri dönməyə məcbur olub. Bununla bağlı həmin vaxt HHM Qoşunlarında xidmət edənlər daha geniş və dəqiq məlumat verə bilərlər. Qeyd edim ki, həmin vaxt Mülki Aviasiya Administrasiyası da işğal altındakı ərazilərimizin hava məkanının qapadıması üçün zəruri olan daxili və beynəlxalq prosedurları hazırlayıb İCAO və ECAC səviyyəsində qəbul etdirib. 2016-cı ilin aprel ayının 4 və ya 5-də dəqiq unutmuşam, ermənilər həmsədrlərin Xankəndində olmasından istifadə edib Xocalı aeroportuna İrəvandan Su-25 təyyarələrini gətirmək istəyirdi. Onda da aeroportun uçuş eniş zolağı və texniki xidmət mərkəzi DSX tərəfindən "Harop" ilə vuruldu və düşmən planını reallaşdıra bilmədi. Bu it balalarından birini vursaq bir də nəinki helikopter, heç çərpələng də uçurmağa cəhd eləməzlər.”

İstefada olan polkovnik Rövşən Məhərrəmov da fikrini bildirib:
“Əziz dostlar, mən həmin zaman ,yəni 2011-ci ildə HHQ-də xidmət edirdim.Əgər yalnış yazsam general Altay Mehdiyev səhvimi düzəldər.Keçək əsas məsələyə. Demək Ermənistanın prezidenti Xankəndində yerləşən aeroportun açılışında iştirak etmək üçün uçuş həyata keçirməli idi.Səfər Əbiyev göstəriş verdi ki, düşmənimizin dövlət başçısı uşuşu həyata keçirərsə təyyarəsi mütləq vurulmalıdır. Artıq hesablama qrupu qabaqda idi, texnikalar qabağa çəkilmişdi,Nasosnudan təyyarəmiz qalxıb raket zərbəsi endirməli idi.Hesablamaya görə düşmən təyyarəsi Xankəndi üzərində döngü vuran zaman vurulmalı idi..”

Statusda yazlanlara Hərbi Hava Qüvvələrinin (HHQ) keçmiş komandan əvəzi, HHQ Qərargah rəisi, general-mayor Altay Mehdiyev də münasibət bildirib və yazılanları təsdiqləyib:
“Bəli, o zamanlar aeroportun açılışını etmək istəyirdilər. Biz onlara imkan vermədik. Əgər uçuş baş tutsa idi biz onlara böyük problem yaşadacaqdıq. Bamayaraq ki, bütün dünyaya elan olunmuşdu, düşmən uşuşlardan imtina etməli oldu. Azərbaycan HHQ-nə eşq olsun”.”


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR