Əhməd Əhmədzadə: Regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası sayəsində Azərbaycan böyük uğurlara imza atmışdır

17-11-2015, 12:07 868 dəfə baxılıb

Əhməd Əhmədzadə: Regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası sayəsində Azərbaycan böyük uğurlara imza atmışdır









Bu gün Azərbaycan, sözün əsl mənasında, tam müstəqil siyasət yürüdən ölkədir. Bu gün müstəqil Azərbaycan dövlətinin öz siyasi dəst-xətti, dövlətçilik siması, in­ki­şaf yolu vardır

Danılmaz həqiqətdir ki, hər bir xalqın və döv­lətin taleyində, xüsusən də onun inkişaf mərhələsinə qədəm qoyduğu bir zamanda bö­yük nüfuza malik liderə ehtiyac duyulur. Bu gün ulu öndər Heydər Əliyev irsinin layiqli da­vam­çısı kimi Prezident İlham Əliyevin müəl­lif­liyi ilə müasir Azərbaycan tarixinin şanlı səhi­fəsi yazılır.
Son illərdə dövlətə rəhbərlik fəaliy­yətinin bütün məqamları arasında qırılmaz bağlılığa, məntiqi ardıcıllığa nail olunmuş, Azərbaycanda dövlət idarəçiliyinin özünəməx­sus mükəmməl sistemi formalaşdırılmış, bu sis­temin xalqın mənafeyinə uyğun intensiv fəaliy­yəti təmin edilmişdir.
Ötən illərdə uğurla gerçəkləşdirilən sosial-iqtisadi islahatların nəticəsi olaraq respub­li­ka­mız dünyanın sürətli inkişaf yolunda irəliləyən, qlobal maliyyə-iqtisadi böhrandan uğurla çıxan, özünəməxsus milli inkişaf modelini yaradan dövlətlərindən biri kimi tanınır. Artıq keçid döv­rünü geridə qoyan respublikamızın iqtisadi in­kişafı son illərdə keyfiyyətcə yeni mərhələyə qə­dəm qoymuşdur ki, bu mərhələdə də əsas məqsədlərdən biri uzunmüddətli perspektivə öl­kədə dinamik sosial-iqtisadi inkişafın davam­lı­lığını təmin etməkdir.
Həm ölkə daxilində gedən proseslər, həm də Azərbaycanın dünya ölkələrilə ikitərəfli və çox­formatlı əlaqələrinin daim genişlənməsi demə­yə əsas verir ki, indiyədək aparılmış və bu gün də davam etdirilən siyasi kurs düzgün istiqa­mət­dədir. Son on il ərzində görülən işlərin miq­yası, Azərbaycanın dinamik və hərtərəfli tərəq­qisi naminə qəbul edilən və uğurla həyata keçi­ri­lən qlobal dövlət proqramları, onların real nəticələri, ölkəmizin dünya birliyində öz möv­qelərini daha da möhkəmləndirməsi bu həqiqəti bir daha təsdiqləyir.

Son on ildə Azərbaycan dövləti­nin si­yasi və iqtisadi müstəqilliyi daha da möh­kəm­ləndi, ölkəmizin dünyadakı nüfuzu artdı. Döv­lət başçısının uğurlu fəaliyyət modeli bütün dün­ya­nın qabaqcıl ölkələri tərəfindən qəbul olun­du. Azərbaycan regionun lider dövlətinə çev­rildi. Həyata keçirilən qlobal və regional la­yi­hələr öl­kə­mizin dünyaya inteqrasiyasını sürətləndirdi. Güclü xalq, güclü dövlət, güclü lider vəhdəti son on ildə müasir müstəqil Azər­baycanın de­vi­zi­nə çevrildi. Həyata keçirilən in­ki­şaf kon­sep­siyasını hər bir azərbaycanlı öz hə­yatında hiss etməyə başladı. Çünki dövlət si­ya­sətinin mərkəzində Azərbaycan vətəndaşı da­yan­dı.
Keçilən yolu, qazanılan nailiyyətləri xa­tır­lamaq gərəkli idi: çünki görülən işlər görü­lə­cək işlərin zəminidir. Bu inkişaf qa­çılmazdır və onun di­na­mikasının daha da yük­sələcəyi tam əsaslan­dırılıb. Tək bir şərt var: müstəqillik yolundan dön­məmək! O cümlədən, Dağlıq Qarabağ mü­naqişəsinin həlli də Prezi­den­tin fəaliyyət prio­ritetidir: illərin bu dəyiş­məz hədəfi artıq qar­şıdakı illərdə real nəticə­lərini verməlidir.

Dövlət üçün iqtisadi müstəqillik ən vacib faktorlardandır. Prezident İlham Əliyev hələ illər öncə bunun təmini üçün siyasət formalaş­dırdığını belə vurğulayıb: “İqtisadi müstəqilliyin yaradılması mənim üçün Prezident kimi ən vacib məsələlərdən biri idi”. Bir sözlə, Azər­baycan Prezidenti iqtisadi inkişafı sırf müstəqil siyasətin məntiqi nəticəsi kimi dəyərləndirir və bunu siyasi müstəvidə həyata keçirilən işlərə kömək edən vacib amil sayır. Dövlət başçısı İlham Əliyevin cəmiyyətə, dünyaya mesajları dolğun, hərtərəfli və əsaslandırılmışdır. Prezi­dent xalqına gələcəyə nikbinliklə baxmağı tövsiyə edir, Azərbaycanın daha güclü dövlət olacağını bildirir; xalqın növbəti etimadının ona yeni təşəbbüslər irəli sürməyə stimul verdiyini vurğulayır. Şübhəsiz, geridə qalan zaman ərzində bu missiyanın da uğurla həyata keçəcəyinə şahid olacağıq. Necə ki, ötən illər kontekstində Prezident İlham Əliyevin sözünə də, əməlinə də, fəaliyyətinə də tam qiymət vermək müm­kündür.

Əhməd Əhmədzadə,
Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR