Yeni siyasi mərhələ başlayır: -Məmurların həbsi sıradan bir hal deyil

14-05-2020, 19:15 216 dəfə baxılıb

Yeni siyasi mərhələ başlayır: -Məmurların həbsi sıradan bir hal deyil


Azərbaycanda uzun illərdir, korrupsiya və rüşvətxorluğa qarşı sistemli mübarizə aparılır. Bu istiqamətdə bir çox dövlət proqramları qəbul olunub, qanunvericilik bazası və bəzi regional təsisatlar yaradılıb. Cənab Prezident bu islahatlara şəxsən nəzarət edir. Prezident öz çıxışlarında hər zaman bir məqamı vurğulayır ki, biz vətəndaşa ən yaxşı xidməti təqdim etməliyik ki, insanlarımız narazı qalmasın. Təəssüf ki, bəzi məmurlar ölkə başçısının xəbərdarlığına əməl etmir.

Azərbaycanda korrupsiyaya və rüvşətxorluğa qarşı aparılan mübarizəni yüksək dəyərləndirən ictimaiyyət üzvlərinin fikrincə, rüşvət alan məmurlara qarşı sərt cəzalar tətbiq edilməlidir ki, onların çəkdiyi cəzanı görüb başqaları da belə əməllərdən çəkinsinlər.

Korrupsiyaya yol verən məmurlara qarşı aparılan mübarizənin eyni formada davam etdirilməsini zəruri hesab edən politoloq Məhəmməd Əsədullazdənin sözlərinə görə, korrupsiyaya qarşı aparılan əməliyyatlar icra hakimiyyətlərini, nazirlik və komitələri əhatə etməsi, yeni bir idarəçilik modelinin qurulmasına gətirib çıxara bilər:

" Həbs və təmizləmələrin davam etməsi istisna deyil. Çünki ölkə başçısı İlham Əliyev artıq proseslərə strat verib. Dövlətin içində həbslər, hətta nazir müavinləri səviyyəsində həbslər, güc stukrukturlarında yoxlamaların reallaşması, bunu DTX-nın həyata keçirməsindən analaşılan odur ki, bu, birdən-birə keçirlən əməliyyatlar deyil.

İqtidar post-pandemiya dövrünə çox ciddi şəkildə hazırlaşır və Azərbaycanda bundan sonra yeni dönəm başlaya bilər. Əməliyyatlar və həbslər sıradan bir hal deyil. Bu yeni siyasi mərhələnin başlanğıcdır. Proses davam edir və nəticəni gözləyək".

Politoloq deyib ki, ölkəmizin yerləşdiyi məkan siyasi konyukturlar baxımından çox problemlidir və burada ayrı-ayrı dövlətlərin maraq toqquşması var. Cənubi Qafqazda Azərbaycan digər ölkələrdən fərqli olaraq burada siyasi iddialar və demokratik dəyərlər adı altında digər ölkələrin və mərkəzlərin sifarişini şəxsi mənfəətləri naminə reallaşdıran qüvvələr kifayət qədərdir:

"Ayrı-ayrı nazirikdə və komitələrdə, icra hakimiyyətlərində həbslər göstərir ki, onlar dövlət maraqlarından yalnız özləri üçün istifadə ediblər. Vətənseverlik, dövlətçilik idelogiyası bu şəxslərdə olmayıb və nə qədər xalqa, dövlətə zərbə vurublar.
Azərbaycanda ideloji iş qurulmalı və bu istiqamətdə işlər aparılmalıdır".


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR