"Professor diplomlu eşşək"...

16-05-2020, 12:51 316 dəfə baxılıb

 "Professor diplomlu eşşək"...



Milli Şura rəhbərlərinin "zoom" proqramı ilə həyata keçirdikləri müzakirə ölkə gündəmində bomba effekti yaradıb.

Müzakirənin ictimailəşdirilən videogörüntüləri müxalif düşərgəni, mühacir mediası təmsilçilərini bir birinə qatıb. Cəmiyyət isə baş verənləri heyrətlə izləyir. Özlərini demokrat, xalqı, ölkəni düşünən ziyalılar kimi qələmə verən AXCP və Milli Şura yetkililərinin bu qədər tərbiyəsiz, bu qədər nihilist, xuliqan və dəyərlərdən uzaq olmaları insanları heyrətləndirməkdədir. Bundan əvvəl Gültəkin Hacıbəylinin ifadələri ilə şok yaşayan ictimaiyyət bu dəfə yeni və skandal bir videoparçaya "ekspertlik" etmək məcburiyyətində qalıb. Musavat.com -un əldə etdiyi bu parçada Azərbaycanın tanınmış alimi, professor Altay Göyüşov haqqında müzakirə aparılır. Mövzunu bu dəfə də Gültəkin Hacıbəyli qaldırır. Bundan sonra AXCP yetkilisi, Əli Kərimlinij ən yaxın adamlarından olan Rahim Hacıyevin açıqlamaları heyrət doğrur. O və ona qoşulan Milli Şura rəhbərləri professor Altay Göyüşovu ən pis ifadələrlə təhqir edirlər.

Musavat.com həmin parçanı oxucularının diqqətinə çatdırır.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR