RƏNGLİ ŞURA... - Dövlətini ucuz tutanların tərifi

26-05-2020, 16:40 132 dəfə baxılıb

Əvvəlcə rəngləri ağ idi, üzləri də. Çünki Əbülfəz Elçibəyin sayəsinda arxalarında böyük bir güc var idi. Hər kəs də başlarına cəm olurdu. Mediası, hakimiyyətdə təmsil olunmuş tərəfdarları, ciddi, hətta bir hökumətlik komandaları və sair vardı.

Sonra bozardılar. Çünki hakimiyyəti, nüfuzu, pulu bölüşə bilmədilər. Bəzən istədikləri ilə şəxsi keyfiyyətləri uzlaşmadı. Bəzən də birinin arzuladığı qoltuğa başqası dürtüşdürdü özünü.

Hərdən bir az allanırdılar. Məsələn, mərhum Elçibəy qrant, maliyyə üstündə bir-birinin başına masa qaldırmalarını bilib, hamısını qabağına qatanda. Hətta o hirslə, “Azadlıq” qəzetindən də əllərini götürməyə göstəriş vermişdi. Demişdi, imkan verin qəzetin maliyyəsini özləri idarə eləsin, müstəqil olsunlar, uşaqların maaşı aylardır verilmir.

Arada saralıb-solmuşdular. Onda yanlarından xeyli media adamı aralandı. Hamını aldadıb, istifadə edirdilər.

Bir ara qızılı rəngə çaldılar. Komandalarından xeyli dost payız yarpağı kimi “saralıb töküldü”. Mənəmlik iddiasından bezdilər.

Arada narıncı oldular. Onda hamısı pis-yaxşı bir araya gələ bilirdi. Sonra məlum oldu ki, o atalar misalında necə deyirlər: “…Qırılmışın hamısı dəli”…

Qara rənglərini heç unutmaq olmaz. Əbülfəz bəy dünyasını dəyişmişdi. Özləri elə bilirdi ağ günə çıxıblar. O boyda kişini təhqir eləyib, “ühhü-ühüü, nağayracux” eləyib, ağlayanlarını bir-bir xatırlayır çox adam.

Al qırmızı oldular bir ara. Hamının üzünə dururdular ki, sən müxalifət deyilsən. Əslində məsələ belə idi. Kim mən deyəni demirsə, o müxalifət deyil, sıradan çıxmalıdır. Bir az söyüş, təhqirlə, bir az ələ salınmaqla və sair.

Ala-bula da olublar. Hıqqana-hıqqana bir təşkilat qurdular, Milli Şura adında. Biri ordan gəldi, biri burdan. Düşərgə dəyişib gələnləri də oldu. İndi adı xarici kəşfiyyatla əməkdaşlıqda hallanır. Barmaqla sayılan sanballıları qaldı yanlarında.

İndi yazın tən ortası olsa da, yenə sarıya dönüb, boza qarışıb, qara-quraya çevriliblər. Yəni ki, alabəzəkdirlər. Gah LGBT, gah feminizm deyirlər, gah da mavilərlə iş birliyinə gedirlər…

Mavi deyəndə, bu o siz düşünən mavi deyil. Yəni dəniz, ya da səma mavisi. Dəniz mavisi dərinlik, səma mavisi ucalıqdır. İkisindən də yoxdur Milli Şurada. Bir o var ki, məlum müşavirə seriallarında, cinsi azlıqlar, mavilər barədə dedikləri o taydakı sahiblərinə xoş gəlməyib. Köhnə ANS-çi İsmayılın mavisinə düşənəcən yol görünür şuraya. Görünən o ki, maviliyə qurban gedirlər, istefa-istafa dalıycadır. Ordan da yəqin ABŞ departamentinin, konqresinin, ATƏT-in, Avropa Şurasının ayağı altına gedəcəklər. Dövlətini, millətini ucuz tutanlara başqa yer göstərmirlər axı. İstifadə müddəti başa çatdımı, masmavi edənəcən aşağı çəkib, tapdalayırlar…
Jalə Mütəllimova //konkret.az//


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR