Laçında müəllimlərin maaş üsyanı

19-11-2015, 11:57 858 dəfə baxılıb

Laçında müəllimlərin maaş üsyanı












Rayon orta məktəblərində dərs deyən təhsil işçilərinin iki aydın əmək haqları verilmir

Laçın rayonunda fəaliyyət göstərən orta məktəblərdə dərs deyən müəllimlər iki aydın maaş ala bilmirlər. Bu barədə redaksiyamıza sözügedən kollektivin nümayəndələri məlumat veriblər.

Onların bildirdiyinə görə, bütün dolanışıqları aldıqları 150-200 manatın üzərində qurulub. «Bu pulla normal şəkildə ailə saxlamaq mümkün deyil. Amma çarəsizlikdən buna da şükür deyirik. Di gəl, bizə həmin pulu da çox görürlər. İki aydın maaşlarımızı vermirlər. Düşünmürlər ki, müəllimin başqa dolanışıq yeri yoxdur və o, uşaqlarını necə saxlasın?»

Redaksiyamıza danışan müəllimlər qeyd ediblər ki, aldıqları cüzi maaşın bir qismini də ya yerli Təhsil Şöbəsi, ya da direktorlar əllərindən alır. «Gündə bir bəhanə ilə bizdən pul qoparırlar. Gah deyirlər, yoxlama gəlib. Gah deyirlər ki, fila nişi görmək üçün bu qədər verməlisən. Biz nə edək, necə edək? Zatən aldığımız maaş yavan çörəyə güclə çatır. Bir də bunun üzərindən bəhanə ilə pul yığılmasını anlamaq mümkün deyil».

Müəllimlər bildirir ki, artıq çıxış yolları qalmayıb və bu səbəbdən də səslərini çıxarmaq fikrindədirlər. Onlar Laçın rayonq Təhsil Şöbəsinin qarşısına yığışaraq, haqlarını tələb etməyi düşünürlər.

Qeyd edək ki, Laçın Təhsil Şöbəsinin məsələ ilə bağlı münasibətini öyrənə bilməmişik. Onların da münasibətini dərc etməyyə hazırıq.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR