"Onlar vətən xainləridir, dövlətin, millətin əleyhinə düşmənçilik siyasəti aparanlardır"

1-06-2020, 20:19 184 dəfə baxılıb

İndi 3-5 adam özünü demokratik cümhuriyyətin varisi hesab edir. Ancaq demokratik cümhuriyyətin varisi bizik.

Bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Komitə sədri bildirib ki, bugünkü müstəqil Azərbaycan dövləti demokratik cümhuriyyətin varisidir: "Bugünkü müstəqil Azərbaycan Prezidenti həm də demokratik cümhuriyyətin Prezidentidir. Həmin yolun davamçısıdır.

Bu gün demokratik cümhuriyyətdən xəbəri olmayanlar indi özlərini varis hesab edirlər. Onlar kimdirsə özləri müəyyənləşdirsinlər. Onlar vətən xainləridir, dövlətin, millətin əleyhinə düşmənçilik siyasəti aparanlardır. Erməni lobbisi ilə birləşib Azərbaycana qarşı qarayaxma kampaniyası aparanlardır. Onlardan hansı demokratik cümhuriyyətin varisi ola bilər ki?"


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR