"Ramiz Mehdiyevin iştahı pozulub, dad-iy bilmir, qızdırması 38-dən düşmür"

5-07-2020, 21:01 394 dəfə baxılıb

"Ramiz Mehdiyev səni istəmir, ona heç vaxt inanıb ürəyini açma"

SSRİ ləğv olunsa da, Rusiya bu gün də keçmiş müttəfiq respublikalarda yerləşdirdiyi nümayəndələr vasitəsi ilə həmin ölkələrdə münasibətlərin və qapalı saxlanılan digər əməkdaşlıq məsələlərinin prioritetlərini müzakirə etdikdən sonra müvafiq qərarlar qəbul edir. Bu, birmənalı belədir və kimsənin şübhəsi olmasın. Daha maraqlı cəhətlərdən biri odur ki, etibarlı nümayəndələr ayrı-ayrı ölkələri təmsil etsələr də, bir-biri ilə yaxın təmasda olur, baş verən qlobal regional prosesləri birgə təhlil edərək nəticələr barədə Mərkəzi Qərargahı məlumatlandırırlar.

Onların səhv etməyə, müxtəlif budaqlar üzərində dayanaraq fərqli hərəkətlərə yol verməyə, sadəcə, ixtiyarları yoxdur. Kremlin təlimatları çərçivəsindən azca kənara çıxılması inanılmış nümayəndənin taleyini birdəfəlik həll edə bilər. Bu konteksdə optimal variant olaraq onun barəsində seçim bu cür müəyyənləşir. İfşaedici materiallar dolayı vasitələrlə nümayəndənin təmsil olunduğu dövlətə ötürülür və üzərindən Mərkəzin əlini tam götürdüyü təsdiqini tapandan sonra "xüsusi agent" haqda ciddi ölçülər həyata keçirilir.

Belə geniş girişə münasibətim, yəqin ki, təsadüfi xarakter daşımır. Mən bu izahımla Ramiz Mehdiyevin Azərbaycan dövlətçiliyi, xalqı və hakimiyyəti, ümumən ölkənin bütün siyasi düşərgələri üçün nə qədər təhlükəli və qorxunc fiqur olduğunu ictimai rəyə çatdırmaq istədim. Prezident İlham Əliyevin son illər bu adamla birgə işləməsindən təngə gəldiyi açıq-aydın müşahidə edilirdi. Lakin rusların Azərbaycanda etibarlı adamı kimi tanınan və Kremlin 5-ci kalondakı uzunömürlü "mətin" rəhbəri olan və nəhayət, "pampersi" məcburi qaydada yaşayış tərzinə daxil edən 83 yaşlı Ramiz Mehdiyelə arasındakı körpünü özündən uzaqlaşdırsa da, onun çürümüş dayaqlarını tam sındıra bilmədi. Görünür, Rusiyanın barmağı oz rolunu bu dəfə də oynadı. Akademiyaya yola salınan ruspərəstə, bəli, bəli, həm də ermənipərəst Boz Kardinala ilk təntənəli təbriklər də məhz oradan-Moskvadan, Kremldən, Rusiya Elmlər Akademiyasından, hətta Rusiyanın xüsusi xidmət generalı Narışkindən gəldi.

Və nəhayət, canlı bir misal. Təxminən R. Mehdiyevin Milli Elmlər Akademiyasında hələ ayı tamam olmamışdı. Xəyallar, keçmişin parlayan işıqları altında keçirilən dəmdəsgahlı görüşləri, təmtəraqlı qəbulları Azərbaycan elminə rəhbərlik edən Mehdiyevin belini əməlli- başlı büküb. Aldığım məlumatlara görə, iştahı pozulub, dad-iy bilmir. Qızdırması 38-dən düşmür. Tər də bir tərəfdən nəfəsini kəsir. Görəsən, bunlar hansı xəstəliyin əlamətləridir? Buna baxmayaraq, xəyanət və satqınçılıq kimi biabırçı əməllərindən qalmır...Ağ Sarayın xiffətini çəkir. Bu düşüncələrlə AMEA-da keçirdiyi müşavirənin şaşırdıcı bir məqamı məni bu nəticəyə gəlməyə əsas verdi: Mehtiyev, deyəsən, nüfuzunu yenə qoruyur. Əlbəttə, KİV-də gedən foto-şəkildə Mehdiyevin yuxarı başda, aşağıda isə iki nazirin və dövlət başçısı İlham Əliyevin iki köməkçisinin əyləşdiyini görmək mənə çox ağır gəldi və qeyri-ixtiyarı daxilimdə yaranan iki sualla İlham Əliyevə virtual olaraq səsləndim: Doğrudanmı, xalqın içərisində nifrətə və hiddətə sahib olan bu xaindən hələ də ehtiyat edirsiniz? Doğrudanmı, hakimiyyətdə əksər qovğaların, düşmənçilik meyllərinin, regional qarşıdurmaların və özünüzə qarşı müxtəlif siyasi təxribatların dövriyyəyə buraxılmasına fitva verənlərdən birinin öhdəsindən gəlmək Sizə bu qədərmi çətindir?

Qərb Ramiz Mehdiyevi həmişə Azərbaycan üçün təhlükə mənbəyi hesab edib və müəyyən məlumatlara görə, bu haqda həm Heydər Əliyevi, həm də İlham Əliyevi müntəzəm bilgiləndirib. Əgər Rusiyanın Ramiz Mehdiyevin prezident olması üçün hazırladığı planın qərb tərəfdən, xüsusən ABŞ-ın yüksək dairələri tərəfindən önü vaxtında alınmasa idi, bəli, bu gün ya özü, ya da eyni məsləyin sahibi indi ölkənin başında qoz sındırırdı.

İndi kəndlər, rayonlar, küçələr, döngələr- naxçıvanlı, qərbi azərbaycanlı, bakılı, qarabağlı, gürcüstanlı- hərə özünə bir səngər qazıb vətən müharibəsi aparırdı. Təəssüflər ki, Lavrenti Beriyanın ardıcılları və ondan təlimat alanlar bu gün yenə birlikdə öz işlərinin arxasınca yürüməkdən usanmırlar...Həm də heç utanmırlar...

1998-ci il prezident seçkiləri zamanı məhz Heydər Əliyevin sayəsində yetişən, ad-san qazanan, hiyləgər və milli məzmundan uzaq olan bu adam himayədarına qarşı siyasi təxribatla məşğul oldu. Yalan məlumat və informasiyalarla Heydər Əliyevi çaşdıraraq bir növ onda arxayınçılıq yaradırdı. Nə yaxşı ki, bu murdar niyyətin üstü tez açıldı və adam ifşa oldu. Rəhmətlik Heydər Əliyevin keçirdiyi müşavirədə iştirak etmiş və Ramiz Mehdiyevin riyakarlığının şəxsən şahidi olmuşam.

Müşavirənin səhərisi Gəncəyə yollanan Heydər Əliyev YAP-ın möhtəşəm mitinqində tarixi bir çıxışı ilə ölkədə seçkinin mahiyyətini tamamilə dəyişdi. Aparatın rəhbərinin Masallı, Lənkəran mitinqləri barədə də dövlət başçısına verdiyi yanlış, həqiqəti əks etdirməyən informasiyalarla xəcalət çəkmədən onu yükləməsi artıq Ramiz Mehdiyevə inamı tamamilə sarsıtdı. Heydər Əliyevin şəxsən mənə tapşırığı bu oldu ki, "Ramizin sənə hər hansı sözü olarsa, qətiyyən əməl etmə. Ya Tariyel Ağayev və ya Bəylər Əyyubovun vasitəsilə hökmən məni ara. Heç vaxt onlara da məni nə üçün axtardığının səbəbini demə. Ümumiyyətlə, Sabir, ürəyindəkiləri çox bölüşmə!!! Onlara demişəm. Zəng edən kimi məni məlumatlandıracaqlar. Mən səni tapacam".

ALLAH SƏNİ QƏNİ-QƏNİ RƏHMƏT ELƏSİN!!!

Eldar Sabiroğlu


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR